ABŞ Gürcüstanda döyüş təlimi mərkəzi tikəcək

 

Gürcüstanın Müdafiə Nazirliyi bu məsələdə öz saytında xəbər verir.

Belə ki, Gürcüstan ordusu rəhbərliyinin ABŞ ordusu komandanlığınn Avropadakı 7-ci təlim mərkəzinə səfəri zamanıbu yöndə ümumi qazılıq əldə edilib. Görüşlərdə ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandiri, general-leytenant Ben Hoces də iştirak edib.

Bundan başqa tərəflər müdafiə sahəsində əməkdaşlıq barədə 3 illik müqavilə imzalayıblar. Bundan əvvəl ABŞ senatoru Con Makkeyn Tbilisiyə səfəri zamanı bildirmişdi ki, onun ölkəsi Gürcüstana dəstək verməkdə davam edəcək və Rusiyaya qarşı yeni sanksiyaları qoymağa çalışacaq.
Avropa Birliyi və ABŞ-ın Güney Qafqaz siyasətində yeni dönəmin başlanıldığı artıq heç kimsəyə sirr deyil. Bu, dövlətlərin suverenliyinin və ərazi bütünlüyünün qorunması kimi xarakterizə olunur. ABŞ və Avropada bir sıra dövlətlər öncələr qloballaşma adı altında “azsaylı xalqlar” proyektinə önnəm veriddilərsə, artıq “ulusal dövlət” modelinən önəm veriləcəkdir. Bütün bunlardan Gürcüstan bir dövlət olaraq beynəlxalq birliyin dəstəyi ilə öz ərazilərinin bütünlüyünün bərpa edilməsi üçün hərəkətə keçmişdir. 

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

09:17