ABŞ-Ermənistan təlimləri: Ermənistanın Rusiyaya xəyanəti ŞƏRH

Ermənistan-Rusiya münasibətləri getdikcə kəskinləşməkdədir. Ermənilərin xəyanətkar, satqın xisləti üzə çıxır və havadarlarını qəzəbləndirməklə bərabər düşünməyə, nəticələr çıxarmağa vadar edir. Rusiyanın dəstəyi ilə bir millət kimi formalaşan, dövlət kimi yaradılan və tanınan Ermənistan bu gün öz ağasına arxa çevirir, onu satır. Bu, təbiidir. Ona çörək verəni satmaq, torpağına göz dikmək, arxadan vurmaq ermənilərin qanındadır və bunu Rusiya bilməli idi. Ancaq təəssüflər olsun ki, Rusiya rəhbərləri çox vaxt ermənilərin yağlı dilinə, yalan və böhtanlarına aldanıb, onlara dəstək verib, vəhşi, xəyanətkar bir milləti mədəniləşdiriblər, adam sayıb ortaya çıxarıblar. Adam saydıqları, tarixən bəslədikləri, qoruduqları isə indi rus xalqına nifrət nümayiş etdirir, Rusiyanın çətinliyini görüb onun düşmənlərinə qoşulur və mənfur niyyətlərini həyata keçirir.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya edilməsi üçün parlamentə göndərilməsi, ABŞ ilə hərbi təlimlərin keçirilməsi, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfəri və yardım aparması, Ermənistanın baş nazirinin, Parlament sədrinin son günlərdə kəskin anti-Rusiya bəyanatları bu ölkənin əsl simasını göstərən xüsusiyyətlərdir. Həmçinin ölkədəki mitinqlərdə Rusiya əleyhinə səsləndirilən təhqiramiz çağırışlar, çıxışlar, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasından imtina etməsi və Qərbə üz çevirməsi xəyanətin, erməni riyakarlığının nümunələridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.

O bildirib ki, ermənilər öz torpaqlarında ona yer verən, qayğı göstərən Azərbaycana xəyanət etdilər, xalqımıza düşmən kəsildilər, havadarlarına arxalanaraq ərazilərimizi 30 il işğal altında saxladılar, şəhər və kəndlərimizi viran qoydular, insanlarımıza zülm etdilər. Bu illərdə əlbəttə, Rusiya bizi yox, Ermənistanı müdafiə etdi, onun tərəfində oldu. Ancaq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, Ordumuzun qüdrəti və xalqımızın birliyi nəticəsində tarixi ədalət bərpa olundu, Azərbaycan öz torpaqlarını düşməndən azad etdi.

“Əgər Rusiya Ermənistana canıyananlıq etməsəydi, Ordumuz Xankəndini də, hətta Qərbi Azərbaycanı - ata-baba torpaqlarımızı da geri ala bilərdi. Məhz Rusiyanın müdaxiləsi nəticəsində Ermənistan təslimçilik aktına qol çəkdi və buna görə erməni xalqı ömrü boyu Rusiyaya minnətdar, borclu olmalı idi. Amma əksini gördük. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinin ayaqlarına düşüb ona yalvardığı, Azərbaycanı dayandırmağa çağırdığı halda indi onu saymır, imzalanan bəyanatlara əməl etmir, Rusiyanı və Cənubi Qafqazı satır. O, eyni zamanda, Rusiyanı regiondan uzaqlaşdırmaq niyyətindədir. ABŞ-la birlikdə keçirilən “EAGLE PARTNER 2023” hərbi təlimləri məhz buna xidmət edir. Əlbəttə, bu adi təlim deyil və gələcəyə hesablanmış bir xəyanətdir, Rusiyaya və İrana qarşı yönəldilən çirkin məqsəd və verilən mesajdır. Belə ki, təlimdən sonra ABŞ hərbiçilərinin çoxunun təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavirlər kimi Ermənistanda qalacağı və Rusiyaya qarşı fəaliyyətlərini davam etdirmələri gözləniləndir. Bu, Rusiyanın Ermənistanda yerləşən hərbi hissəsinə də bir təhdiddir, onların gələcək varlığını şübhə altına salır. Həmçinin Rusiyaya qarşı ən böyük hörmətsizlikdir”, -deyə T.Rzayev vurğulayıb.

Deputat bildirib ki, N.Paşinyanın Aİ missiyasını ölkəsinə dəvət edərək onların köməyinə arxalanması, NATO-ya meyllənməsi, ABŞ-la birgə təlimlərə üstünlük verməsi, ölkə rəhbərləri tərəfindən verilən bəyanatlar Qərbin Cənubi Qafqazda möhkəmləndirilməsi və Ermənistan üzərindən Rusiyaya qarşı ikinci bir cəbhənin açılması deməkdir. Bu gün Ermənistan Qərbin apardığı anti-Rusiya təbliğatının ən fəal iştirakçılarından birincisidir. Bunun üçün Ermənistan xaricdən maliyyələşdirilir və dəstəklənir. Pul ermənilər üçün tarixən dövlətdən, xalqdan, dostluqdan, səxavətdən öndə olub və bu gün də belədir. Onlar öz varlıqlarını belə var-dövlətə, mala, pula qurban veriblər və heç vaxt da utanıb çəkinməyiblər. Bu, Ermənistana yaxşı heç nə vəd etmir və onlar istər Azərbaycana, Türkiyəyə, istərsə də Rusiyaya xəyanətdən, düşmənçilik məqsədlərindən çəkinməlidirlər.

Xudaferin.eu

16:41