ABŞ-dan İraq Regional Kürd İdarəsinə dövlətləşmə tövsiyəsi: “Neft ixracatını artırın!”

 

Yaxın Şərq: çəkişmələr neft tədarükçülüyü naminə baş verir?

ABŞ-ın Kürdistan Regional İdarəsinə “neft ixraxcatını 1,5 milyon barrelə çatdırın” dediyi bəlli olub. Bu məlumatı “Rudav” agentliyi yayıb. Gündəlik 600 min barrel neft ixrac edən Kürdüstn Regional Hökuməti bu rəqəmi yüksəltməyi hədəfə alıb. Agentlik yazır ki, iraqlı sünni siyasətçilərdən ibarət olan bir heyət ABŞ prezidentliyi seçkilərindən əvvəl Vaşinqtona səfər edibmiş. İraq sünni nümayəndə heyəti ziyarət əsnasında keçmiş ABŞ MKİ-sinin (CİA) kemiş rəhbəri Devid Petrus ilə görüşüb. Adının açıqlanmasını isəməyən sünni bir siyasətçi keçmiş MKİ rəhbərinin bu sözləri dediyini bildirib: “ABŞ regionda ac bir dövlətin qurulmasını dəstəkləmir. Bu məsələ ilə bağlı Kürdüstan dövlətinə xəbərdarlıq eləmişik. Çünki onsuz da bu regionda problemlər çoxdur. Üstəlik, dövlətin gəliri olmazsa, idarə eləmək də çox çətin olacaq. Bu üzdən Kürdüstan bölgəsinin rəhbərliyinə neft ixracını 1,5 milyon barrelə çıxarmalarını söylədik”.

Bu arada, Duhokdalı bəzi neft mədənlərinin Kürdüstan neft boru xəttinə bağlanması planlaşdırılır. Yeni bir layihə ilə Çemanke, Etruş və Şeyhan yataqlarının Kürdistan boru xəttinə bağlanaraq, neftin Türkiyənin Ceyhan limanına çatdırılması təmin ediləcək. 40 kilometr uzunluğunda olan boru xəttinin tamamlanması ilə gündəlik neft ixracatının 75-80 min barrel artması nəzərdə tutulur. Etruş yataqlarında fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirlikləri mərkəzli Taqa şirkətindən verilən açıqlamada gündəlik 30 min barrel neft istehsal edildiyi bildirilib.

Mərkəzi İngiltərədə yerləşən “Gulf Keystone” şirkəti də gündəlik 35-40 min barrel neft istehsal edildiyini bildirib. Duhokun Şeyhan qəsəbəsinin başçısı Sərdar Yəhya “Rudav”a müsahibə verərək, yeni boru xəttinin inşasına fevral ayında başlanıldığını və işin 35%-nin başa çatdırıldığını bildirib və may ayında tam yekunlaşacağını bildirib.
 

Kürdüstan regionundakı xərclərin 95%-i neft gəlirlərindən əldə edilir
 

İraq Regional Kürd İdarəsinin neftlə zəngin Kərkükü ilhaq etməsi planları, bu planın pillələri olan bayraq və referendum böhranları ilə bağlı dünya mərtuatında və saytımızda bir çox xəbərlər gedib. Onu da qeyd edək ki, bu il Kərkükün ilhaqı yolunda ilk addımlar martın əvvəllərində atılmışdı – İraqın şimalındakı KYB (Kürd Yurdsevərlər Birliyi) yaraqlılarından ibarət silahlı qüvvələr, Kərkükün cənubunda yerləşən, Kərkükdən Ceyhana neft axınını təmin edən İT1 stansiyasını ələ keçirmişdilər. “Kürd” qüvvələrinin stansiyanın nəzarətini ələ keçirməsi və orada işləyən məmurları qovması səbəbindən neft nəqli saatlarla dayandırılmışdı. (Əlbəttə, aysberqin görünən tərəfini nəzərdə tuturuq, əslində məsələnin tarixi qədimdir. Məsud Bərzaninin atası Molla Mustafa Barzani, ilk dəfə 1967-ci ildə İsrailə gedir. Onu İsrailin müdafiə naziri Moşe Dayan qəbul edir. Molla Mustafa Barzani onu qəbul edən müdafiə nazirinə mollaya hədiyyə olaraq “kürd xəncəri” ilə birlikdə Kərkük neftayıtma zavodlarının planlarını da hədiyyə edir. 1969-cu ilin martında aparılan bir əməliyyatda da Barzani-Mossad əməkdaşlığı ilə Kərkük neftayırma zavodları bombalanır və yararsız vəziyyətə salınır).

Hurriyyet.org

 

06:48