ABŞ-dan açıqlama: “İran mollakratiya rejimini rəsmən uyarırıq”

Ağ Evin milli güvənliq məsləhətçisi Mixail Flynn Tehran mollakratiya rejiminin balistik raket sınağının həm bölgəyə, həm də ABŞ-a qarşı təhdid olduğunu vurğulayaraq: “Bu Gün etibarilə İran adlnan ölkəni rəsmən uyarırıq” demişdir.

Qeyd edək ki, İran mollakratiya rejiminin balistik raket sınağı ilə ilgili Ağ Evdəki gündəlik basın toplantısında söz alan milli güvənliq müşaviri Flynn, Donald Trump yönətiminin İran mollakratiya rejiminin son dövrlər atdığı addımlarından razı olmadığını bildirib. Tehranı balistik raket sınağı ilə Yəməndə İran dəstəkli “Husi”lərin fəaliyyətlərini və Səudiyyə gəmisinə hücumu səbəbiylə günahlandıran Flynn: “Bütün bunlar İranın Orta Doğudakı istiqrarsız durumu yaratması, eyni zamanda uluslararası topluma açıq şəkildə göstərir” ifadəsini işlətmişdir.

BMT-nin qərarlarına qarşı İran mollakratlarının fitnəsi

Bir neçə gün öncə İran mollakratiya rejiminin həyata keçirdiyi ballistik raket sınağının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Komitısinin 2231 saylı qərarına qarşı atılan bir addım olduğunu bildirən Flynn, İran adlanan ölkənin dəstəklədiyi Husilerin aktlarının ABŞ-ın bölgədəki müttəfiqlərini birbaşa təhdid etdiyini də müdafiə edib.
Flynn: “Obama yönətimi rəsmi Tehran rejiminin pis niyyətli addımlarına lazımi cavabı verməkdə uğursuz olmuşdur. Trump yönətimi isə, İran adlanan ölkənin, Orta Doğudakı güvənliq, rifah və sabitliyi təhlükəyə atan, eyni zamanda amerikalıların həyatlarını riskə atan bu əməllərini pisləyir” ifadəsiini işlədib.
İran adlnan ölkəylə nüvə müqavilənin ABD Prezidenti Donald Trump tərəfindən bir neçə dəfə tənqid edildiyini dilə gətirən Flynn, sözlərinin sonunda, “Bu bün etibarilə İranı rəsmən uyarırıq” ifadəsini işlədib.
BMT TŞ-nın 20 İyul 2015-ci ildə qəbul edilən 2231 saylı qətnamədə İran mollakratiya rejiminin nüvə başlıqlarını daşıya biləcək balistik raket məsələsində heç bir fəaliyyət göstərməməsi və raket sınağı etməməsi istiqamətində rəsmən bunun yasaq edilməsi məsələsində qərarı vardır. Tehran mollakratiya rejimi uluslararası təzyiqlərdən və təqiblərdən yaxasını kənara çəkmək üçün sözü gedən raketlərin nüvə başlıqlarını daşıma qabiliyyəti olmadığını irəli sürmüşdür. Onu da bildirək ki, İran adlanan ölkənin əlindəki orta ölçəkli ballistik raketlərin mənzilinin 3 min kilometri tapdığı iddia edilir.

Xudaferin.eu
Güney Azərbbaycan, “Təbriz Bürosu” 

09:27