ABŞ-da Xocalı soyqırımına qarşı etiraz aksiyası keçirildi

 

Soyqırımı unutdurmaq istəməyən və zalımların mühakimə olunmasını istəyən nümayişçilər Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşingtonda bir araya gəldilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində Ermənistan birlikləri tərəfindən həyata keçirilən Xocalı Soyqırımına qarşı Amerika Birləşmiş Ştatlarında etiraz aksiyası keçirildi. Soyqırımı unutdurmaq istəməyən və zalımların mühakimə olunmasını istəyən nümayişçilər Amerika Birləşmiş Ştatlarının paytaxtı Washingtonda bir araya gəldilər. Ünvan Ermənistanın Washingtondakı səfirliyinin qarşısı idi.

Qurbanların səsini eşitdirmək istəyən onlarla nümayişçi əllərində daşıdıqları plakatlarla etiraz səslərini yüksəltdilər. Ermənistanın işğal etdiyi ərazilərdən dərhal çıxarılmasını tələb edən nümayişçilər beynəlxalq cəmiyyətə bu soyqırımın unudulmaması üçün çağırış etdilər. Xocalı qətliamında həyatını itirənlər üçün ABŞ-ın müxtəlif şəhərlərində də anma tədbirləri də keçirilir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:55