ABŞ-da təxminən altı min reys ləğv edilib

ABŞ-ın şərq sahilində qar çovğununa görə, təxminən altı min reys ləğv edilib. 

Xudaferin.eu xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. 

“Bu gün səhərə olan məlumata görə, 5650 reys ləğv edilib, daha 690 reys isə təxirə salınıb”, - telekanal məlumat yayıb. Bu rəqəmlər yaxın zamanda arta bilər. Daha öncə ən azı 4,1 min reysin ləğv edildiyi barədə məlumat yayılmışdı. 

Xudaferin.eu

17:46