ABŞ-da seçkilərdə «erməni soyqırımı» niyə yada düşmür?
«Erməni lobbisi bu istiqamətdə təşəbbüs göstərməkdə maraqlı deyil»
Bir qayda olaraq ABŞ-da prezident seçkiləri zamanı namizədlərin verdiyi vədlərdən biri də «erməni soyqırımı»nın tanınması olur. Düzdür seçilən namizəd daha sonra bu istiqamətdə verdiyi vədə xilaf çıxsa da, kampaniya müddətində «erməni soyqırımı»nın tanınmalı olduğunu bir neçə dəfə vurğulayır. Son seçkilər zamanı Obama da bir neçə də bu mövzunun altını cızmışdı. Amma maraqlıdır ki, Klintonla Trampın debatlarında «erməni soyqırımı» mövzusu ümumiyyətlə yada düşmür. Namizədlər erməni lobbisinə bu istiqamətdə heç bir vəd vermirlər. Bəs, bu dəyişikliyin səbəbi nədir? Namizədlərin bu seçkidə «erməni soyqırımı»na maraq göstərməməsi nəylə bağlıdır?
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Klinton və Trampın «erməni soyqırımı» mövzusuna müraciət etməməsi ABŞ-dakı erməni lobbisinin bu məsələni qabartmamasından irəli gəlir. Yəni erməni lobbisi budəfə bu cür müzakirələrin keçirilməsində maraqlı deyil: «Görünür ki, onlar bu dəfə belə addımın atılmasında məna görmürlər. Çünki «erməni soyqırımı» öz aktuallığını itirib. Erməni lobbisi «erməni soyqırımı»nın ABŞ dövləti səviyyəsində tanınmasının bu qondarma olayın 100 ilinin tamamında gerçəkləşməsini istəyirdilər. Amma bu baş vermədi. Digər tərəfdən bu gün ABŞ-Türkiyə münasibətləri sıx əməkdaşlığı zəruri edir. Suriyadakı vəziyyət, regionda gedən ağır proseslər Türkiyəni vacib oyunçu edir. Ona görə ABŞ-da prezidentliyə namizədlər «erməni soyqırımı» ifadəsinin işlədilməsinin lüzumsuz olduğunu və əlavə qıcıq gətirə biləcəyini anlayırlar».

Xəyal
20:14
Digər xəbərlər