ABŞ-da qar fırtınası: 5 mindən çox aviareys ləğv olunub

 

ABŞ-ın şərq sahillərində güclü qar fırtınası səbəbindən 5 mindən çox aviareys ləğv olunub.

Gecikmiş qar fırtınası ABŞ-ın şimal- şərqi üçün anomal isti keçən və temperaturun dəfələrlə müsbət 20 dərəcədən yuxarı qalxdığı yanvar və fevral aylarından sonraya təsadüf edib. Proqnozlara görə, bu gün və sabah ölkənin şərq sahillərində yaşayan on milyonlarla amerikalı pis hava şəraitinin təsirinə məruz qalacaq.

Bir qədər əvvəl ABŞ-ın Atlantik okeanı sahilləri ilə yanaşı, Mərkəzi Atlantik regionunda da güclü qar yağacağı barədə xəbərdarlıq edilib. Nyu-Yorkun hökumət orqanları vətəndaşları avtomobildən mümkün qədər az istifadə etməyə çağırıb. Elektrik kompaniyaları enerji verilişində yarana biləcək mümkün fasilələrə hazırlaşır.

Xudaferin.eu

09:50