ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş olub

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Xudaferin.eu

 

16:29