ABŞ, Britaniya və Fransa Əsədə qarşı qətnaməni BMT-yə təqdim etdi

 

ABŞ, Britaniya və Fransa BMT-nin Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsini təqdim edib.

 

Bu layihə Suriyanın İdlib vilayətində kimyəvi silah tətbiq etməsi ilə bağlıdır. 3 ölkə bununla bağlı məsuliyyəti Bəşər Əsədin üzərinə qoyub. Layihə elə bu gün səsverməyə çıxarıla bilər. Rusiya və Çinin sənədlə bağlı reaksiyası hələlik bəlli deyil. Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Suriya aviasiyası terrorçuların kimyəvi silah olan sursat anbarını bombalayıb. Sürsatlar ora İraq ərazisindən gətirilib.
Qeyd edək ki, Suriya diktatoru Bəşər Əsəd rejimini Rusiya, Çin və İran fəal şəkildə müdafiə edirlər. Bununla yanaşı, Suriyada son 5 ildə baş verən ən dəhşətli və qanlı cinayətləri sadəcə radikal dinçi qruplar olan İŞID və DAEŞ deyil, həm də İrana bağlı olan Hezbollah terrorçu qüvvələri də həyata keçiriblər. Hezbollah isə birmənalı şəkildə diktator Bəşər Rejiminin əsas mühafizəçisi sayılır.

Hurriyyet.org 

06:53