ABŞ BMT-dən ÇIXMAQ İSTƏYİR ; BƏS BİZ NƏ ETMƏLİYİK ...?!

Birləşmiş Millətlər Təşkilatı ( BMT ) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti"- dir. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı və bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir.
Birləşmiş Millətlər Təşkilatı ( BMT ) bütün dünya üzrə sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük beynəlxalq qurumdur.
BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.
"Fox News" agentliyinin yaydığı xəbərə görə : Respublikaçı konqresmenlər ABŞ-ın BMT və onun tabeliyindəki qurumlarında üzvlüyünü dayandırması fikrini irəli sürüblər.
Respublikaçı Konqresmenlər təşkilatın ( BMT-nın )
agentliklərinin maliyyələşdirilməsini dayandıran "Qəzaya Qarşı Mübarizə Aktı" adlı qanun layihəsi təqdim ediblər.
Senator - Mayk Li bildirib ki : "BMT tiranların oyun meydanına, ABŞ və onun müttəfiqlərinə qarşı hücumlar məkanına çevrilib. ABŞ BMT- na pul ödəməyi dayandırmalıdır. Prezident Donald Tramp Amerikanı birinci yerə çıxartmaq məqsədiylə xarici siyasətimizdə inqilab etdiyi üçün biz ölkəmizi təhlükəsiz saxlayan real ittifaqlara üstünlük verməli və bu saxta təşkilatı tərk etməliyik”.
Göründüyü kimi indi Dünyada qütbləşmə prosesi sürətlənib . Yeni güc mərkəzləri yaradılır .
ABŞ əzəli müttəfiqi olan - Avropa İttifaqını taleyin ümüdünə buraxıb , özü ayrıca nəhəng güc mərkəzinə çevrilmək istəyir.
Beləlilklə , əslində dünya ölkələrinə nəzarət etmək uğrunda ABŞ , Aİ , Rusiya , Çin , Ərəb Liqası və TDT-ı arasında amansız rəqabətə start verilib.
Görünən odur ki : hansı blok iqtisadi, hərbi və siyasi cəhətdən qüvvətli olacaqsa həmin qurum dünya ölkləri üzərində SÖZ SAHİNİNƏ çevriləcək.
Hesab edirik ki , ABŞ -ın Respublikaçı Konqresmenlərinin bu təşəbüsü çox qorxulu və ciddi hadisədir.
BMT-ı ətrafında baş verən hadisələr göstərir ki, dünyanın yenidən xəritələnməsi uğrunda çox ciddi mübarizə başlayıb.
İndi gələcəyini düşünən hər bir ölkə ən çox etibar etdiyi və güvəndiyi ittifaqlara qoşulur.
Sevindirici məqam budur ki , Azərbaycan 2009 - cu ildə əsası qoyulmuş
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ ( TDT ) üzvüdür.
Düşünürük ki , Azərbaycan dövləti bütün güç mərkəzləri və ayrı - ayrı ölkələrlə normal balanslı münasibətlərini davam etdirməli ; lakin ən çox TDT-na güvənməlidir.

Qəvami Sadıqbəyli, Jurnalist - politoloq.
Xudaferin.eu
21:57