ABŞ-ın aviadaşıyıcı gəmiləri Yapon dənizini tərk ediblər
ABŞ-ın “Carl Vinson” və “Ronald Reagan” aviadaşıyıcı gəmiləri üçgünlük təlimləri başa vuraraq, Yapon dənizini tərk ediblər. Bu barədə NHK telekanalı məlumat yayıb.
Aviadaşıyıcı gəmilər üç həftə bundan əvvəl, Quzey Korenin üç ballistik raket sınağından sonra Yapon dənizində birgə təlimlərdə iştirak ediblər. Təlimlər başa çatdıqdan sonra bu gəmilər Yapon dənizini tərk ediblər. “Carl Vinson” gəmisi dislokasiya yerinə, Kaliforniyadakı San-Dieqo limanına, “Ronald Reagan” gəmisi isə ABŞ-ın Tokionun yaxınlığındakı Yokosuke bazasına yollanıb.
Sakit okeanın qərbində patrul xidmətini “Carl Vinson” gəmisinin əvəzinə “Nimits” aviadaşıyıcısı yerinə yetirəcək. “Nimits”in iyulda Hind okeanına gedərək burada Hindistan və Yaponiya silahlı qüvvələri ilə birlikdə hərbi təlimlərə qatılacağı, bundan sonra Fars körfəzinə yollanacağı bildirilir. Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Kore yarımadasında vəziyyət gərginləşəcəyi təqdirdə bu gəmi hər an marşrutunu dəyişə bilər.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”
09:17
Digər xəbərlər