Abid Şərifov “Sovetski”ni zorla şumlamağa hazırlaşır

 

Əhaliyə 48 saat vaxt verilməsinə görə etiraz dalğası bütün şəhəri bürüyə bilər

 

48 saat vaxt və etirazlar varHökumət ilin-günün bu vaxtında “Sovetski”də evləri şumlamağa hazırlaşır. Artıq Bakıın bu məhəlləsində yüzlərlə evi buldozer qabağına verilməsi istiqamətində hazırlıq işləri gedir

 

İqtisadi böhrana rəğmən fasilə verilmiş ev söküntüsü bumu təzədən qayıdır. Yasamal rayonu, Çingiz Mustafayev 43 ünvanında yerləşən çoxmərətəbəli yaşayış binası dövlət ehtiyacları üçün alınması nəzərdə tutulub. Bununla əlaqədar olaraq həmin yaşayış binası sakinlərindən mənzillərinə əlavə xərc çəkərək təmir etməməsi xahiş olunur.

Belə ki, həmin mənzillərə kompensasiya hesablanarkən xərclənən əlavə vəsait nəzərə alınmayacaq. Bildirişdə yazılana görə, Bakı şəhərinin Baş planının icrası ilə əlaqədar yeni yol infrastrukturunun tikilməsi məqsədi ilə bu bina alınır. Sakinlərə 48 saat vaxt verilib. Sakinlərin dediyinə görə, onlar həmin bildirişə imza atmayıblar və bazar şərtləri əsasında kompensasiya ödənilməsə, evlərini tərk etməyəcəklər.

Fevral ayında manatın üzən məzənnəyə keçidindən sonra şəhərə bütün layihələr dayandırılmışdı. Plana düşən “Sovetski”nin sökülməsi də manatın devalvasiyasına görə arxa plana keçirilmişdi.

Baş Nazirin müavini Abid Şərifov demişdi ki, devalvasiyadan sonra kompensasiyaların məbləği ilə bağlı adiyyatı qurumlarla araşdırma aparılacaq. A.Şərifov demişdi ki, heç kim evindən zorla çıxarılmayacaq. Amma indi vədinə əməl etmir və camaata 48 saat vaxt verilib. Bir müddət əvvəl mətbuat yazırdı ki, Yasamal İcra Hakimiyyəti daha çox pul qazanmaq həvəsi ilə obyekt sahibləriylə danışıqlara gedib.

Hər kvadratı üçün 700 manat təklif olunan obyekt sahiblərinə çatdırılır ki, təcili olaraq həmin tikililərin üzərindəki bütün reklamları götürərək, onun ev halına salınmasına başlasınlar. Ev kimi sənədləşdirilən obyektlərin sahiblərinə hər kvadrat üçün 1500 manat yazan Yasamal İcra Hakimiyyəti, onun sahibinə 1000 manatdan ödəyərək anlaşma əldə edirlər.

Politika.Az

 

09:35