Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

Azərbaycan Respublikası baş nazirinin müavinlərindən bəziləri dəyişib.

 

Xudaferin.eu Apa-ya istinadən bildirir ki, prezident İlham Əliyevin bu gün yeni hökumətin tərkibinin təsdiq olunması haqqında imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov baş nazirin yeni müavini təyin olunub.

 

Buna qədər baş nazirin müavinləri postunu tutan Abid ŞərifovElçin Əfəndiyev və İsmət Abasov yenidən təyin edilməyiblər.

 

 

Bununla yanaşı, Yaqub Abdulla oğlu Eyyubov yenidən I müavin, Əli Cavad oğlu Əhmədov və Əli Şamil oğlu Həsənov müavin kimi yeni tərkibdə yer alıb.

20:10