Abbas Abbasov: BTQ gələn il Reünyon ilə əməkdaşlığa başlaya bilər

Gələn il keçirəcəyimiz tədbirlərin formatında dəyişiklik olacaq. Alternativ addımlar barədə də düşünürük.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatının təqdimatı zamanı söyləyib.

Hazırda Qrupun sıx əməkdaşlıq etdiyi regionların sayının 18-ə çatdığını bildirən icraçı direktor bunun da müsbət və mənfi yönlərinin mövcud olduğunu deyib.

Gələn il Bakı Təşəbbüs Qrupunun coğrafi mövqeyini genişləndirmək planlarından danışan A.Abbasov vurğulayıb ki, BTQ 2025-ci ildən Reünyon ilə əməkdaşlığa başlaya bilər.

Xudaferin.eu

16:08