AB Şurası Ukrayna ilə vizasız rejimə keçmək məramını təsdiqləyib

 

Avropa Birliyi Şurası Ukrayna vətəndaşları üçün vizasız rejimə keçmək məramını təsdiq edib. Bu barədə şuranın saytında xəbər verilir.
 

Maltanın daxili işlər naziri Karmelo Abelanın bəyan etdiyi kimi, “Ukrayna vizasız rejim üçün zəruri şərtləri yerinə yetirib. Biz Ukrayna vətəndaşları üçün vizasız rejim istəyimizə sadiqliyimizi nümayiş etdirdik”, – o, qeyd edib.

İndi vizadan imtina barədə qərar Avropa Parlamentində təsdiq edilməlidir. Sonra o, sonuncu dəfə ratifikasiya üçün AB Şurasına geri dönəcək. Qərar AB-nin rəsmi jurnalında yayımlandıqdan 20 gün sonra qüvvəyə minəcək.

Yaxın ərəfədə məlumat verilmişdi ki, Avropa Parlamenti deputatları və AB Şurasından vasitəçilər Ukrayna ilə vizasız rejimə keçilməsi barədə razılığa gəliblər. Yeni qaydalar ukraynalılara biometrik pasportla 90 gündən 180 günə qədər Avropa Birliyi ölkələrinə biznes, turizm və ailəvi məqsədlər üçün səyahət etməyə imkan verəcək, lakin AB-də işləmək hüququ istisnadır.

Martın 1-də Ukrayna prezidenti Pyotr Poroşenko Ali Rada, Avropa Komissiyası və Avropa Parlamenti arasında vizasız rejim barədə danışıqların başa çatmasını bəyan edib. O deyib ki, bu, “Ukraynada çoxdan gözlənilən qərarın təsdiqlənməsi yolunda vacib addımdır” və qeyd edib ki, indi “söz Avropa Parlamenti və AB Şurasınındır”.

İlkin,
Azadliq.info

 

10:39