92 yaşlı diktator yenidən prezident olmaq istəyir

Diktatura rejiminin hökm sürdüyü Zimbabvedə hakim partiyanın 92 yaşlı lideri Robert Muqabenin prezident seçkilərində namizədliyini irəli sürəcək. Bu barədə verilən açııqlamaya görə, ölkədə seçkilər 2018-ci ildə keçiriləcək. Prezidentin namizədliyinə isə bu həftə baxılacaq. Partiyanın icra katibi İqnatius Çombo Muqabenin idarəçiliyində hikmət və birliyin olduğunu bildirib.

Qeyd edək ki, R. Muqabe 1980-ci ildən ölkəyə rəhbərlik edir. Zimbabvedə prezident seçkiləri sonuncu dəfə 2013-cü ildə keçirilib. Müxalifətin seçkilərdə qanunsuzluğa yol verildiyi ilə bağlı bəyanatına baxmayaraq o, yenə də qalib olub. Robert Muqabe dünyada ən sərt diktatorlardan biri hesab olunur. Çox təəssüflər olsun ki, beynəlxalq birlik və MBT qanlı diktartora qarşı sərt davranışları heç bir zaman nümayiş etdirməyib. Ona görə də, dünyanın digər avtoritar və diktatura rejimlərinin başında duranlar, onlara dəstək verən siyasi partiyalar beləcə hər hansı bir xalqın kütləvi şəkildə azadlıqlarını boğmaq kimi, siyasətlər aparırlar.

Xudaferin.eu 

00:58