9 aydır əmək haqlarını ala bilməyən işçilər etiraza qalxdı

 

Sumqayıt şəhərində yerləşən Günəş panelləri zavodunun işçiləri etiraz aksiyası keçirir. Buna səbəb işçilərin iyun ayından bəri əmək haqlarını ala bilməmələridir.

 

Fins.az xəbər verir ki, işçilər etirazçılar davamlı olaraq sabah da zavodun rəhbəri Akim Bədəlovun Badamdar qəsəbəsində yerləşən şəxsi evinin qarşısında aksiya keçirəcəklərini bəyan ediblər. Etirazçılardan mühafizəçi Vüsal İsayev zavod rəhbərliyinin ona 2 260 manat borcu olduğunu bildirir. Onun sözlərinə görə hazırda zavodun qarşısına 15-20 nəfər toplaşıb. Etirazçılar əmək haqqlarını tələb edirlər. V. İsayevin sözlərinə görə zavod “Az-Alternativ enerji”yə məxsus olub. Adı çəkilən qurumun rəhbəri isə Akim Bədəlovdur.

V. İsayev hazırda zavodun Energetika Nazirliyinin nəzninə verildiyini bildirdi. Həmçinin etirazçılar hazırda sənədlə zavodun rəhbərinin Musayev Səbuhi Səməd oğlu olduğunu bildirdilər.

Azadliq.info

 

08:30