Mərkəzi Bank 2016-cı ilin 9 ayı üzrə tədiyyə balansına dair məlumatları açıqlayıb. 2 devalvasiya qərarının qəbul edildiyi 2015-ci ilə nisbətən 2016-cı ildə tədiyyə balansında gərginliyin xeyli azaldığı müşahidə edilsə də, ümumi balans yenə mənfidir.
İqtisadçı Rövşən Ağayevin fikrincə, ən pisi odur ki, əvvəlki illərdə bir qayda olaraq cari əməliyyatlar balansında müsbət, maliyyə hesabında kəsir müşahidə edilirdi, indi vəziyyət daha acınacaqlıdır: “Məsələn, son 20 ildə ölkənin valyuta sistemi üçün ən gərgin il kimi yadda qalan 2015-ci ildə 9 ayın nəticələrinə görə cari əməliyyatlar balansında 240.5 milyon dollarlıq profisit yarandığı halda, bu ilin eyni dövründə 1.113 milyard dollarlıq defisit qeydə alınıb. Yaranan kəsiri nəzərə almasaq, cari hesablar balansında müşahidə edilən əsas meyllər kimi bunları qeyd etmək olar: Xarici ticarət balansının müsbət saldosu 5.3 milyard dollardan 2.9 milyard dollara enib. Bu qarşılıqlı xarici ticarət əməliyyatları nəticəsində ölkəyə daxil olan valyuta kütləsinin 2.4 milyard dollar azalması deməkdir. Xidmətlər balansının mənfi saldosu 3.4 milyard dollardan təxminən 2.3 milyard dollara enib. Bu o deməkdir ki, qarşılıqlı beynəlxalq xidmət əməliyyatlarının nəticəsi kimi ölkədən çıxan xarici valyuta kütləsi 1.1 milyard dollar azalıb. Xidmət əməliyyatları ilə bağlı mənfi tendensiya budur ki, qeyri-rezidentlərə göstərilən nəqliyyat xidmətlərinin həcmi 300 milyon dollar azalaraq 824 milyon dollara enib. Müsbət tendensiya isə odur ki, əcnəbilərə göstərilən turizm xidmətlərinin həcmi 383 milyon dollar artaraq 2.055 milyard dollara yüksəlib. Amma azərbaycanlı turistlərin xarici ölkələrdə xərclədiyi vəsaitlərin həcmində kəskin azalma olmayıb, cəmi 84 milyon azalıb. Azərbaycan vətəndaşlarının turist kimi xarici ölkələrdə xərclədiyi vəsaitin həcmi 1.847 milyard dollar olub. Tikinti xidmətləri üzrə mənfi saldo ötən ilə nisbətən 750 milyon dollar azalaraq 2.817 milyard dolardan 2.162 milyard dollara enib. Azərbaycan demək olar ki, tikinti xidmətləri ixrac etmir . Cəmi 19.2 milyon dollarlıq tikinti xidmətləri ixrac edilib. Əsasən idxal edir. 2016-cı ilin 9 ayında bu xidmətlər üzrə idxalın ümumi həcmi 2.187 milyard dollar təşkil edib. Bu məbləğin 2.101 milyard dolları neft-qaz sektorunun hesabına baş verib. İlkin gəlirlər hesabında təxminən 1.8 milyard dollar defisit yaranıb və 2015-ci ilin 9 ayının göstəricisilə təxminən eynidir. Bu hesab çərçivəsində Azərbaycandan 2.5 milyard dollar ödəniş edilib. Həmin məbləğin 1.791 milyard dolları beynəlxalq neft-qaz konsorsiumlarına düşən xam neftin dəyəridir. Yerdə qalan 709 milyon dollar isə xaricilərə ödənən əmək haqqı və xarici kreditlərə görə faiz ödənişləridir. Təəssüf ki, Mərkəzi Bank bu mövqlərin hər biri üzrə məlumatları ayrıca təqdim etmir. Təkrar gəlirlər hesabı çərçivəsində Azərbaycana daxil olan pul köşürmələri 2 dəfəyədək azalaraq 927 milyon dollardan 470 miyon dollara enib. Məlum olduğu kimi, bu vəsait əsasən miqrant kimi, həmçinin xidməti vəzifə ilə əlaqədar xarici ölkələrdə çalışan həmvətənlərimizin yaxınlarına göndərdiyi vəsaitlərdir”.
R.Ağayev qeyd etdi ki, maliyyə hesabı ilə bağlı göstəricilərə gəldikdə, ölkəyə birbaşa investisiyalar formasında 5.4 milyard dollar daxil olub: “Həmin vəsaitin 4.3 milyard dolları neft-qaz sektoru ilə bağlı olub ki, bu əvvəlki ilə nisbətən 700 milyon dollar azdır. Qeyri-neft sektoruna birbaşa sərmayələr isə 1.1 milyard dollar olub – 2015-ci ilin 9 ayına nisbətən 400 milyon dollar çoxdur. Eyni zamanda kredit və digər borcların ödənilməsi ilə bağlı 878 milyon dollar qeyri-rezidentlərə ödəniş həyata keçirilmişdi və bu əvvəlki ilə nisbətən 12 dəfə çoxdur. Depozitlər və nağd valyuta maddəsi üzrə ölkədən çıxan vəsaitərin həcmi 800 milyon dollardan bir qədər artıq olub. Halbuki 2015-ci ilin 9 ayında bu göstərici 5.5 milyard dollara çatırdı. Beləliklə, cari əməliyyatlar, kapital və maliyyə hesablarının yekunu olaraq 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının ümumu saldosu mənfi 1.190 milyard dollar olub. Amma ötən il üzrə məcmu defisit 9.141 milyard dollar təşkil edib”.
“Göründüyü kimi, tədiyyə balansının mənfi saldosi 8 dəfəyədək azalsa da, valyuta bazarında gərginlik ötən ilə nisbətən əhəmiyyətli dərəcədə artıb. Heç şübhəsiz bunun başlıca səbəbi iqtisadiyyatın strukturunda, real sektorda, ölkənin maliyyə-bank sektorunda baş verən proseslər, xüsusilə Beynəlxalq Bank və iri dövlət şirkətlərinin daxili borclanmanın sürətlə genişlənməsi, iqtisadiyyatda əlavə dəyər yaratmayan maliyyə resurslarının yaratdığı təzyiq, milli valyuyata inamın sarsılması fonunda yüksək iqtisadiyyatda ifrat dollarlaşma kimi faktorlar həlledici rol oynayır”, - deyə iqtisadçı vurğualdı.
9 ayda 1.1 milyard dollarlıq defisit qeydə alınıb

Şamo
Hurriyet.org
12:01
Digər xəbərlər