70 illik ömrünə yaraşan insan – Nodari İsrailov

70 illik ömrünə yaraşan insan – Nodari İsrailov

Həyatın ən böyük sərvəti var-dövlət deyil, insanın qazandığı etibar, dostluq və hörmətdir. Elə insanlar var ki, onların adı çəkiləndə ilk ağla gələn sözlər səmimiyyət, vəfa və etibardır. Əziz dostum Nodari İsrailov məhz belə insanlardandır.

İllər öncə əziz dostum və qardaşım Mehman Nəcməddinovun vasitəsilə tanış olduq. O tanışlıq zaman keçdikcə möhkəm dostluğa, qardaşlığa çevrildi. Çünki Nodari bəyi tanıdıqca bir həqiqəti daha yaxşı anladım: 

Azərbaycan sevgisi onun üçün sadəcə gözəl sözlər deyil, həyat amalına çevrilmiş müqəddəs bir duyğudur.

O, illərdir İsrail ilə Azərbaycan arasında dostluq və qarşılıqlı etimad körpüsünün möhkəmlənməsi naminə yorulmadan çalışan, xalqımızın haqq səsini, mədəniyyətini və milli dəyərlərini layiqincə təbliğ edən dəyərli soydaşlarımızdandır. 

Belə insanlar iki dövləti təkcə rəsmi münasibətlərlə deyil, ürəklər arasındakı inam və dostluq telləri ilə bir-birinə bağlayırlar.

Bu gün dostum və qardaşım Nodari bəyin mənalı ömrünün 70 illik yubileyidir.

Əziz dostum, bu əlamətdar gün münasibətilə Səni ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun və bərəkətli ömür, ailə səadəti və yeni uğurlar arzulayıram. 

Arzu edirəm ki, ömrünün hər yeni səhifəsi Sənə sevinc, hər yeni günü qürur, hər yeni ili isə sağlamlıq və xoşbəxtlik gətirsin.

Dostluq elə bir xəzinədir ki, onu nə almaq, nə də satmaq mümkün deyil. O, yalnız ürəklə qazanılır. Sən də öz dürüstlüyün, alicənablığın, sədaqətin və xeyirxahlığın sayəsində dostlarının qəlbində silinməz iz qoymuş insansan.

Bir hikmət var: “Səmimi dostlar qazanmaq istəyirsinizsə, əvvəlcə özünüz səmimi olmalısınız.”

Sən bu hikmətin ən gözəl nümunələrindən birisən.

Əziz Nodari bəy!

Qoy Tanrı Səni və ailəni daim qorusun. Qoy ömrünün payızı belə bahar təravətli olsun. Həyat yolun hər zaman işıqlı, süfrən ruzili, evin dostlarla, könlün isə sevgi ilə dolu olsun.

Yaxşı ki, varsan!

70 yaşın mübarək, əziz dostum! Allah Sənə hələ neçə-neçə sağlam, mənalı və şərəfli illər nəsib etsin.

Hörmətlə dostun, qardaşın: Elman Mustafazade

Xudaferin.eu

07:26