70 illik “bərzanilər mafiyası” çökdürülüdü: İndi sırada kimdir?

 

Neçirvan Bərzaninin noyabrın 1-də etnik bölücü “Quzey İraq Kürd Muxtariyyəti”nin rəhbəri seçiləcəyi gözlənilir. Hazırda qondarma rejimin baş nazir vəzifəsini tutan Neçirvan Bərzani terrorbaşı Məsud Bərzaninin yerinə ən real namizəd sayılır. Buna əsas səbəb isə, Məsud Bərzani bir neçə gün öncə istefa verib və növbəti seçkilərə qatılmaq istəmədiyini bəyan edib.

Qondarma “Quzey İraq Kürd Muxtariyyatı” rejiminin başçısı Məsud Bərzaninin səlahiyyət müddəti 2013-cü ildə başa çatsa da o, yerli parlamentdəki tərəfdarlarının hesabına səlahiyyət müddətini iki dəfə iki il müddətinə artırmağa nail olub. İraqın quzeyində qondarma “kürd dövləti”nin yaradılması məqsədilə bu il sentyabrın 25-də keçirilmiş saxta referendumdan sonra M.Bərzani yeni qurulacaq dövlətin prezidenti seçilmək iddiasını ortaya qoydu. Lakin referendumun nəticələrinin tanınmaması və qısa müddətdə qondarma “Kürdüstan” ideyasının regiondakı dövlətlər tərəfindən qarşısının alınması Məsud Bərzaninin siyasi karyerasına ciddi zərbə vurdu.Tərəfdarlarının bütün səylərinə baxmayaraq, o siyasi uğursuzluğunu istefaya getmək hesabına kompensasiya etmək qərarına gəlib.

Lakin Məsud Bəraznini əvəz edəcək siyasi varis həm də onun ailə üzvüdür. Neçirvan isə Məsud Bərzaninin həm qardaşı oğlu, həm də kürəkənidir.Bu baxımdan, seçkilərin formal xarakter daşıdığını, hakimiyyətin ailənin başçısından digər üzvünə ötürüləcəyini söyləmək olar. Bəs referendumun nəticələri mərkəzi İraq hökuməti, Türkiyə və İranla son dövrlər Bərzani sülaləsi arasında yaranmış gərginliyə son qoyacağına artıq kimsənin şübhəsi qalmamışdır. Məsud Bərzaninin istefası son ziddiyyətlərin aradan qalxmasına müəyyən təkan verə bilər.Amma bu məsələdə yeni rəhbərin yürütdüyü siyasi kurs da mühüm təsirə malik olacaq.

 

Bərzanı sərhədin “açarını” təhvil verdi

Türkiyə və İraqın sınır bölgəsi olan Şırnakda hər iki ölkənin hərbi birliklərinin iştirakı ilə təlim keçirildiyi bir zamanda iki ölkə əsgərləri sərhəd qapısına doğru hərəkət edir. 

Sərhəd qapısının qarşısındakı, peşmərgənin nəzarətində olan Xəlil İbrahim sərhəd qapısı Istefaya gedən Bərzani tərəfindən İraq məkəzi hökumətinə təslim edilib. Təhvil-təslim mərasimində İraq Baş Qərargah rəisi və 2-ci Ordu komandiri iştirak ediblər.

Mərasimin yüksək hazırlıq şəraitində və təhlükəsizlik tədbirləri altında baş tutan bu təlimlər iki dövlətin sərhədləri boyunca 70 ilə yaxındır bölgədə at oynadan, dış güclərin daim maşası rolunda çıxış edən bərzanilər mafiyasının sonunun çatdığına açıq şəkildə bir işarədir. Bərzanilər mafiyası uzun müddət idi ki, bölgədə Suriya, Türkiyə, İraq və İran sınırları aralığında at oynadırdılar. Buraya neft, üyüşdürücü, silah, insan orqanlarının transplantasiyası və digər qaçaq malların nəqli daxil idi. Beləliklə də Orta Doğu bölgəsi uzun illər idi ki, qan çanağına dönmüşdü. Hal-hazırda sınır bölgəsində Türkiyə və İraq bayraqarı dalğalanır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

 

10:00