7 il sonrakı Azərbaycan: “Yol xəritəsi” bizi hara aparır?
2025-ci ildən sonra Azərbaycanda yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək. Bu barədə “Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir. Sənədə əsasən, 9 ildən sonra yoxsulluq probleminin həllinə iki yanaşma olacaqdır: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq. (Hazırda bu göstərici 21-22 faizdir).
Bundan başqa, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 2025-ci ildən sonra iqtisadi, sosial, demoqrafik, təbiət və texnolojidə baş verəcək dəyişikliklərin və problemlərin nəzərə alınması planlaşdırılır. “Adekvat ərzaq təhlükəsizliyi sisteminin formalaşdırılması üçün yeni qida zənciri texnologiyalarının tətbiqinin genişləndirilməsi (biotexnologiya və nanotexnologiyalardan istifadə səviyyəsinin artırılması, digər istehsal texnologiyalarından istifadə vasitəsiləərzaq istehsalının artırılması, qidanın medikallaşdırılması və yeni qida növlərinin yaradılması) və yeni aqro-ərzaq zənciri strukturlarının formalaşdırılması (orqanik məhsul istehsalının genişləndirilməsi, regional, yerli və alternativ qida zəncirlərinin formalaşdırılması, qida zənciri üzrə itki və tullantıların azaldılması və yenidən emal imkanlarının genişləndirilməsi) nəzərdə tutulur. Hazırda Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan qida təminatına görə 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı yerdədir. Daha yaxşı kənd təsərrüfatı sistemi Azərbaycanın hər iki göstərici üzrə mövqeyinin təxminən 40-cı yerə yüksəlməsinə imkan verəcək”, - deyə “Strateji Yol Xəritəsi”ndə qeyd olunub. Bundan başqa, sənəddə deyilir ki, şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq: “Bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55 faizdən 70-75 faizə qədər artacaq. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaqdır. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50 faizdən 40 faizə enəcək".
Ölkə böhrana sürüklənir, yoxsulluq azalmaq əvəzinə artan templə davam edir. Hər gün milli valyuta dəyər itirdiyi bir ölkədə ümidlər ölür. “Strateji Yol Xəritəsi”ndə isə qeyd olunur ki, 2025-ci ildə yoxsulluq tamamilə aradan qaldırılacaq. Adətən yoxsulluq yeni iş yerləri açılanda, ölkəyə investisiyalar yatırılanda, milli valyutanın kursu möhkəmlənəndə, iqtisadi-siyasi sabitlik hökm sürəndə, ölkə iqtisadiyyatı qeyri-neft sektorundan asılı olanda, idxal asılılığı azalanda aradan qalxmış hesab olunur. Tarif Şurasının 28 noyabr qərarında göstərildi ki, işıq və qazın qiyməti artımı 62 faiz aztəminatlı ailələrə təsir etməyəcək. Əslində belə bir nağılı aztəminatlı ailələrə qayğı kimi əsaslandırmağın heç bir əsası yoxdur. Halbuki hakimiyyət Azərbaycanda əhalinin yoxsulluq səviyyəsinin 5 faiz olduğunu elan etmişdi. Belə olan halda Azərbaycan 2025-ci ildə qarşıya qoyduğu məqsədlərə nail ola biləcəkmi?
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti, iqtisadçı-ekspert Sabit Bağırov bildirib ki, “Strateji Yol Xəritəsi” gələcəyə doğru hesablanan çox mühüm sənədlərdir: “Bu sənəddə institutsional islahatlar daxil olmaqla çox mühüm islahatlar öz əksini tapıb. Əgər onlar həyata keçirilərsə, biz doğrudan da başqa iqtisadiyyatda yaşayacağıq. Amma bir məsələdə var ki, tək onların gerçəkləşməsilə iş bitmir. Bir sıra digər sahələrdə də islahatlar aparılmalıdır. Məsələn, regional siyasətdə, regionların və bələdiyyələrin səlahiyyətlərinin gücləndirilməsi, məhkəmələrin müstəqilliyini, şəffaflığın, hesabatlılığın artırılması kompleks şəkildə olmalıdır. “Strateji Yol Xəritəsi” ilə tanışlıqda görmək olur ki, özündə ciddi institutsional islahatlar əks etdirir. Orda çox yaxşı təkliflər var və hamısı da çox lazımlı islahatlardır. Əgər bunlar kompleks şəkildə həyata keçirilərsə, təbii ki, 7-10 ilə başqa bir şəraiti müşahidə edəcəyik”.

Yeganə Oqtayqızı
Cebhe.info
08:19
Digər xəbərlər