55 gündür aclıq keçirən Mürtəza Muradpurun durumu ağırlaşdı

İran mollakratiya rejiminin həbsxanasında 55 gündür aclıq aksiyası keçirən Güney Azərbaycan Milli Hərəkatının fəalı Mürtəza Muradpurun sağlıq durumu daha da ağırlaşıb. Ötən gün Fərdin Muradpur qardaşı Mürtəza Muradpur haqında açıqlama verərək bildirib ki, indi onun ayaq üstə dura bilmək imkanı tamamilə tükənib. Artıq tamamilə huşsuz haldadır. Ayılan kimi ayaq üstə duran anda dərhal yerə yıxılır. Bununla yanaşı, onun bədənin dərisi qabıq verir və həm də davamlı olaraq baş gicəllənməsi var . Onun sözlərinə görə, Mürtəza azindan saxlanıldığı həbsxananın xəstəxanasında saxlanılmalı və ona səhəti ilə bağlı gərəkən yardımlar edilməlidir. Həbsxana rəsinin xüsusi göstərişi ilə Mürtəza Muradpura hər hansı bir dərmanın verilməsi belə yasaq olunub.

Qeyd edək ki, t Mürtəza Muradpur ona qarşı İran mollakratiya rejimi tərəfindən saxta və qondarma ittihamlarla həbsdə saxlanılır. Halbuki, o, Güney Azərbaycanda ana dilinin tədrisi, dövlət idarələrində Azərbaycan Türkcəsinin rəsmi şəkildə isrifadəsi, mədəni və təhsil sahəsində reformların aparılması tələbini irəli sürdüyünə görə, tutuqlanıb. Bundan əlavə, o ölkə Ana Yasasının  134-cü maddəsinin icra edilməməsi, qanunsuz olaraq həbsdə saxlanılması və dərhal azadlığa buraxılması tələblərini irəli sürərək aclıq aksiyasına başlamışdır. Bu ilin oktyabr 25-dən aclıq aksiyası keçirir.

Xudaferin.eu

12:04