5-ci ANTALYA DİPLOMATİK FORUMUNUN ƏHƏMİYYƏTİ .....

17 aprel 2026-cı il tarixində Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin  Antalya şəhərində keçirilən tədbir -- müasir beynəlxalq münasibətlər sistemində mühüm hadisələrdən biri kimi tarixə düşdü. Qlobal geosiyasi gərginliklərin artdığı, güc balanslarının dəyişdiyi və çoxtərəfli diplomatiyanın ciddi sınaqlarla üzləşdiyi bir dövrdə bu forum beynəlxalq dialoq üçün vacib platforma rolunu oynayır. Forumun açılışında Azərbaycan Respublikasının prezidenti  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da  iştirak etmişdir.

  Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və  prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək qlobal və regional məsələlərə dair mühüm mesajlar vermişlər.
 Mahiyyət baxımından 
5-ci Antalya Diplomatik Forumu “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusu ilə beynəlxalq sistemin əsas problemlərinə fokuslanmışdır. 
   Müasir dövrdə aşağıdakı amillər : geosiyasi qarşıdurmaların artması,
 iqtisadi probllemlər, ticarət maneələri, beynəlxalq hüquq və çoxtərəfli institutlara təzyiqlər qlobal nizamın qeyri-müəyyənliyini artırır.
   Belə bir şəraitdə 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 vitse-rəhbər, 50-dən artıq nazir (onlardan 39-u xarici işlər naziri), 75 beynəlxalq təşkilat nümayəndəsi
olmaqla ümumilikdə 500-dən çox yüksək səviyyəli iştirakçının bir araya gəlməsi ;  forumun qlobal miqyasını açıq şəkildə nümayiş etdirir. 
 40-dan çox panel və sessiyanın təşkili isə onu sadəcə müzakirə platforması deyil ; həm də qərarların formalaşdığı mühüm diplomatik mərkəzə çevirir.
  Forum çərçivəsində səsləndirilən fikirlər və keçirilən görüşlər Yaxın Şərq və Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanın formalaşdığını göstərir.
Xüsusilə Rəcəb Tayyib Ərdoğan tərəfindən vurğulanan Türkiyə–Ermənistan normallaşma prosesinin Azərbaycanla koordinasiyalı şəkildə aparılması mühüm siyasi mesajdır. Bu yanaşma regionda: balanslı sülh modelinin qurulması,
Azərbaycanın strateji maraqlarının qorunması,
kommunikasiya xətlərinin açılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda “Orta Dəhliz” kimi tanınan Şərq-Qərb nəqliyyat marşrutuna dəstəyin vurğulanması -- Avrasiyanın iqtisadi xəritəsinin yenidən formalaşdığını göstərir.
 Forum çərçivəsində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin görüşü xüsusi diqqət çəkir. Bu görüş faktiki olaraq “İslam dünyasında yeni  təhlükəsizlik arxitekturası"nın  formalaşmasına doğru atılmış addım kimi qiymətləndirilə bilər.
Şərti olaraq “İslam NATO-su” adlandırılan bu təşəbbüsün məqsədləri : 
regional təhlükəsizlik mexanizminin yaradılması,
Yaxın Şərqdə güc boşluğunun doldurulması,
müsəlman ölkələrinin koordinasiyalı müdafiə siyasəti kimi izah edilə bilər. Bu proses, eyni zamanda, qlobal güc balansında yeni mərkəzin yaranması ehtimalını gücləndirir. ABŞ, Çin, Rusiya, Avropa Birliyi və Hindistanla yanaşı yeni geosiyasi blokun formalaşması perspektivi meydana çıxır.
   Antalya Forumu  “diplomatik laboratoriya” rolunu oynayaraq beynəlxalq siyasətin istiqamətlərini müəyyən edir. Forumun Azərbaycan üçün əhəmiyyəti çoxşaxəlidir :
1.Siyasi mövqenin güclənməsi baxımından -- İlham Əliyevin Antalya forumunda iştirakı -- Azərbaycanın qlobal diplomatik platformalarda aktiv rol oynadığını nümayiş etdirir.
2.Türkiyə–Azərbaycan əlaqələrinin forumda açıq şəkildə vurğulanması regionda güc balansını müəyyən edən əsas faktorlardan biridir.
3.Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit ölkə kimi rolunu daha da artırır.
4.Yeni yaranan təhlükəsizlik platformalarında Azərbaycanın dolayısı ilə iştirak perspektivi güclənir.
    Nəticə etibarı ilə 5-ci Antalya Diplomatik Forumu müasir beynəlxalq münasibətlər sistemində:
qlobal dialoqun bərpası,
yeni geosiyasi blokların formalaşması,
regional əməkdaşlığın genişlənməsi
baxımından strateji əhəmiyyət daşıyır.
     Bu forum bir daha göstərdi ki, dünya yeni güc mərkəzlərinin formalaşdığı, qeyri-müəyyənliklərin artdığı və diplomatiyanın rolunun daha da yüksəldiyi bir mərhələyə daxil olub. Azərbaycan bu proseslərdə fəal iştirak edərək öz milli maraqlarını uğurla təmin edən aktorlardan biri kimi çıxış edir.

HƏP sədrinin siyasi məsələlər üzrə müşaviri,
Qəvami Sadıqbəyli.

Xudaferin.eu

11:48