Adı rəmzi olaraq “4 iyun” olan bu tarix dərindən öyrənilməyə layiqdir.
Çünkü “4 iyun” Rusiyanın Qafqaz işğalçılığı ənənəsidir, özlüyündə varisdir və... milli tariximizin mühüm dönüş nöqtələrindən biridir...
Zənnimcə, belə dönüşlərin hələ daha bir neçəsi qarşıdadır... bu baxımdan zəncirin başucunu, halqaların yerini görmək – siyasi bilik sahibi olmaq deməkdir... siyasi bilik sahibi olmadan, yəni öz tarixini bilmədən siyasətçi olmaq isə... boşuna zəhmətdir...
Bir daha bu fikrin ətrafında dolaşım: Azərbaycanda demokratiya, özəl olaraq, süverenlik (öz əli-öz başı) arzulayan, bu prosesə kənardan dəstək vermək istəyən, hətta irəli durub bu fövqəladə zərurətə töhfə vermək iddiasında olan hər kəs – hər bir siyasətçi 4 iyun tarixini, onun köklərini, işğalın ənənəsini, varisliyini – dərindən öyrənməlidir.
Əlbəttə, normal ölkələrdə, daha doğrusu tarix elmi olan – tarixin hər anını elmə çevirən ölkələrdə milli tarix öncə tarixçi alimlər tərəfindən öyrənilir, bitərəf şəkildə araşdırılır, qalın-qalın kitablar yazılır və... xalqın sərvətinə çevrilir.
Tarix - valideyn, millət, vətən kimidir, seçimi yoxdur, tarixdən utanmazlar, tarixi qınamazlar, “elə olsaydı belə olardı” deməzlər, Tarixi öyrənərlər və yaxşı gələcək naminə faydalanarlar...
Düzgün araşdırılmış tarix - söhbət tarix elmindən gedir, rejimlərin xidmətində duran “əxlaqsız tarixçilikdən”dən getmir – milli sərvətə çevrilir, milli dövlətlər bu sərvətdən faydalanmaq siyasətini milli mənafe baxımından müəyyən edir...
Təəssüf ki... can Azərbaycanda bu mühüm işlər görülmür. Görülən və görünən budur: sovet elm və təhsil sistemində təqvim 1917-ci ildən, 1920-ci ilə keçid edirdi. Aradakı 2-3 il yoxa sayılırdı. Cümhuriyyət adlı bir sürəcin varlığı danılırdı. Eyni proses indi gedir. Yeni tarix üzrə elmi işlərə fikir versəniz 1990-cı ildən, hətta 1988-ci ildən 1993-cü ilə keçid edilir. Aradakı dövr – milli azadlıq hərəkatı, bu hərəkatın misilsiz töhfəsi olan Cümhuriyyətin bərpası, liderləri, fəaliyyətləri inkar edilir. Yəni qısaca desək, 27 aprel tarixi dövrün şərtlərinə uyğun olaraq təkrar olur...
Qeyd etdik, sinəsinin irəli verib öz dövlətinin demokratiyasına və süverenliyinə töhfə vermək istəyən siyasətçinin “olmazsa olmaz” adlı tarixi bilgilərindən biri:
1. 4 iyunu bitərəf araşdırmalardan öyrənmək,
2. 4 iyunun 27 aprel uzantısı olmasını görmək, paralelləri bilmək,
3. 4 iyun tarixinin 200 illik ənənələrini dərindən öyrənməkdir.
Azərbaycanın müstəqilliyi və süverenliyi mütləq və milli bir tezisdir. “4 iyun” və onun keçmişi qara antitezisdir. Biri yürüdükcə o biri onu təqib etməkdədir. Və bu təqib azadlıq və süverenlik davası son həllinə yüksələnə qədər davam edəcəkdir. Yəni pəs etmək yoxdur... “99 dəfə yıxılsam, 100-cü dəfə ayağa qalxacam”. Qalxmalıyıq!
Ulu öndərimiz Rəsulzadənin “yox yerdən bir bayraq ucaltdıq” bəyanı qiymətlidir, hörmətlidir... və rəmzidir. Əlbəttə, Rəsulzadə hamıdan yaxşı bilirdi ki, bu vətəndə hər zaman sələflərimizin dövləti, bayrağı, sancağı, tuğu, ordusu olub. Əksi olsaydı o üçrəngli bayraq ucala bilməzdi... bayraqlar yox yerdə dikəlmir, bayraqlar əcdadların ruhunda dalğalanır...
Həmin dövlətlər, həmin bayraqlar, sancaqlar, tuğlar, ordular 4 iyunun, 27 aprelin aqibətini yaşadılar.
Bu aqibəti 1804-də Gəncə Xanlığı yaşadı...
1806-da Dərbənd xanlığı, Bakı xanlığı, Quba xanlığı...
1820-də Şamaxı xanlığı...
1822-də Qarabağ xanlığı...
1826-da Şəki xanlığı, Talış xanlığı...
1828-də İrəvan xanlığı, Naxçıvan xanlığı... və i. rus işğalı ilə süqut etdilər... Əlbəttə, o işğalçı ordunun sıralarında soydaşlarımızdan olanlar da vardı. Bu, tək bizim başımızda görünməyib, bütün xalqların taleyinə yazılmış yazıdı. İran-rus savaşında çar Rusiyasına qarşı İran tərəfindən vuruşan rus generallar, rus batalyonlar vardı... ingilisi, fransızı... eyni tale... işğal gələndə mütləq səndən birini yanına alıb gələcək...
Azərbaycanda siyasətlə məşğul olan kəs... rusyanlı, farsyanlı deyil, süveren Azərbaycan hədəfi ilə siyasətə gələn və bu qutsal hədəfə töhfə vermək iddiasında olan kəs bu tarixləri bilməlidir... işğalın ilk addımlarını, tavrını-tövrünü, hiylələrini, ilk andnamələri, get-gedə əhdnamələrdən dönmələri, sonda bütün süverenlikləri, mülkiyyət hüquqlarını, hətta yaşam haqlarını, möhürlü siyasi vədləri, anlaşmaları rus soldatının çəkmələri altında cığnayıb bu vətənin – bu torpağın sahiblərini kölə etməsi, qaçırması, pərən-pərən salması... gözdən salması... qaralaması... tarixdən silməsi... və yeni dirçəliş mərhələlərinin tarixini bilməlidir...
Çünkü 4 iyun və bundan sonra olasılar... həmin əski tarixlərin varisləridir... keçmişini bilmədən gələcəyini qura bilməzsən...
Azərbaycanda yüz illərdir bir-birini təqib edən “süverenlik və işğal” sürəcini bilmədən yola çıxmaq faydasızdır... bu yerdə “demokratiya” demədim, “dövlət süverenliyi” dedim, çünkü bizim nümunədə demokratiya yalnız süverenliyin bətnindən gələ bilər. Hələlik (20-ci əsrdə) əksini görməmişik.
s.a.
Cümhuriyyət qurmuş fədailərə “böyük ədiblərinin” dili ilə 50 il “satqın müsavatçılar” dedirtdilər. Zaman bu fikri təkzib etdi, dikəlib “satqın özünsən” dedi. Bir həftə öncə həmin bu Milli Təkzib atəşfəşanlığının şahidi olduq.
Cümhuriyyəti bərpa etmiş fədailərə “antimilli ünsür” dedirdirlər... əmin olun zaman bunu da təkzib edəcək...
Və şüar belə olacaq: Elçi Bəy və komandası quduz sovetlərin dişindən Cümhuriyyəti qoparıb bərpa etdi. Cəmi bir il var ola bildi, lakin milli kimliyi, milli tarixi “gömülmüş ürəklərdən” qaldırıb bərpa etdi... üçrəngli bayraq kimi milli kimliyi də dikəltdi... yeni əsrə adlayan milli savaş açdı...
Bu sürəcdəki xətalar barədə kitablar da yazılacaq. Olsun. Olmalıdır. Canı yananı da var, işğalçı qoynunda bəslənəni də...
“4 iyun” – bəlli prosesin təbii davamı idi... qara antitezis idi...
Qarşıda Milli Tezis – Azad, Demokratik, Süveren Azərbaycan tezisi durur və bizi səbirsizliklə gözləyir...
4 iyun...
Mehriban Vəzir

22:14
Digər xəbərlər