22 illik diktator prezident seçkini uduzdu, indi “cığallıq” edir
Qambiya prezidenti Yahya Jammeh bu ayın əvvəlində keçirilmiş seçkidə məğlubiyyətini qəbul etdikdən bir həftə sonra nəticələri tanımaqdan imtina edib. Dövlət televiziyası ilə çıxış edən Jammeh seçki “anormallıqlarından” danışıb və daha bir seçkiyə çağırıb. 1994-cü ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş Jammeh seçkidə seçicilərin 45 faizinin səsini qazanmış Adama Barrouya uduzub. ABŞ Jammehin hərəkətini kəskin pisləyib. Dövlət departamentinin sözçüsü Mark Toner prezidentin hərəkətini Qambiya xalqına “qarşı misli görünməmiş həqarət” adlandırıb.
"Allahdan qorxan MSK"
İnşaatçı sahibkar Barruw yeni prezident kimi vəzifəsinin icrasına yanvar ayında başlamalı idi, lakin indi Reuters agentliyinə nə olacağını bilmədiyini deyib. Qambiya 2 milyonluq əhalisi ilə Afrikanın ən kiçik ölkəsidir. Lakin beynəlxalq aləmdə opponentlərinə qarşı repressiyalarda ittiham olunan Jammeh deyir ki, o “Allahdan qorxan müstəqil seçki komissiyasının” keçirəcəyi yeni seçkini istəyir. Qonşu Seneqal baş verənləri pisləyib və BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. 22 ildir ki, prezidentlik edən Jammeh cəmi bir həftə əvvəl rəqibini seçki qələbəsi münasibətilə təbrik etmişdi. Rəsmi seçki nəticələrinə görə o 36, 7 faiz, rəqibi isə 45, 5 faiz səs qazanmışdı.

Azadlıq.org
13:40
Digər xəbərlər