“21 Azərin ideyalarını həyata keçirəcəyik”- GAMAC sözçüsü
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili 21 Azər Hərəkatının 71-ci ildönümündə bu tarixi hadisəyə öz münasibətini açıqlayıb. Məhsa Mehdili hərəkatın Azərbaycan tarixində əvəzsiz yerinin olduğunu bildirib: “21 Azər – Güney Azərbaycanın dövlətçilik günü mübarək olsun. Tələbəlik illərimin iki qadağan olunmuş ənənəsi nəyin bahasına olursa-olsun heç vaxt dəyişmədi. Xocalı Soyqırımı və 21 Azər Hərəkatının ildönümlərini bütün çətinlik və təzyiqlərə baxmayaraq qeyd edirdik. 1945-ci ildə baş vermiş bu hadisə 12 dekabr tarixinə Güney Azərbaycanın dövlətçilik günü kimi düşdü. Hərəkatın baş verməsinin ildönümlərinin qeyd olunması ənənəsi hələ də Güney Azərbaycanda qeyd olunur. Bu, həmişə belə olacaq. Hərəkatın yarımçıq qoyduğu işləri başa çatdırmaq vəzifəsi bizim üzərimizə düşür. Başda Seyid Cəfər Pişəvəri olmaqla, 1945-ci ildə Təbriz mərkəzli milli hökumətin qurulmasında canını fəda edən böyüklərimizi böyük məmnunluq hissləriylə xatırlayırıq, unutmadıq. Bu şəxsiyyətlərin gərgin əməyi və müqəddəs amal uğrunda ömürlərini qurban vermək bahasına bu gün şərəf və ləyaqətlə mübarizə aparan millət ola bilirik. Gələcək bizimdir, başqa yol yoxdur, olmamalıdır”.
Xatırladaq ki, 12 dekabr 1945-ci ildə, Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti qurulub. 21 Azər Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan bu hökumət İran şahının 25 ildə görmədiklərini bir ildə Güney Azərbaycan üçün etdi. Həmin gün Güney Azərbaycan Milli Hökumətinin təşkil edildi, lakin bir il sonra beynəlxalq birliyin xəyanəti sonucu olaraq süquta uğradı.

Mənsur Rəğbətoğlu
Cebhe.info
13:29
Digər xəbərlər