“19FortyFive” nəşri: “2022-ci il Ermənistan-Azərbaycan müharibəsi: Amerika hansı addımları atmalıdır?”
Amerikada çıxan “19FortyFive” nəşrində milli təhlükəsizlik sahəsində aparıcı ekspert, Ketrin və Şelbi Kallom Devis adına Milli Təhlükəsizlik və Xarici Siyasət İnstitutunun vitse-prezidenti, doktor Ceyms Karafanonun “2022-ci il Ermənistan-Azərbaycan müharibəsi: Amerika hansı addımları atmalıdır?” sərlövhəli məqaləsi dərc olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalə müəllifinin yazdığına görə, 2020-ci il İkinci Qarabağ müharibəsi oyun qaydalarını Azərbaycanın xeyrinə dəyişib. Müasir dövrün ən güclü təsirə malik savaşlarından biri sayılan bu müharibə haqqında insanların əksəriyyəti heç vaxt eşitməmişdi. Karafano regionda sabitlik üçün Azərbaycanın vacibliyini və ABŞ-ın milli maraqları üçün bu ölkənin əhəmiyyətini vurğulayaraq yazır ki, Cənub Qaz Dəhlizi ABŞ-ın Qafqaza və Mərkəzi Asiyaya marağını təzələyib potensial enerji mənbələri, qlobal nəqliyyat və logistika, habelə sənaye və ticarət sahəsində potensial tərəfdaşlar kimi. Müəllif yazır: “Regionda sabitliyi möhkəmlətmək üçün daha bir səbəb ondan ibarətdir ki, Cənubi Qafqaz həm də İran, Çin və Rusiya arasında strateji bufer rolu oynaya bilər”.
Karafano sonuncu eskalasiya mövzusuna toxunaraq yazır ki, Ermənistan ilə Azərbaycan arasında döyüş əməliyyatları qeyri-sabitliyi daha da möhkəmləndirir. Sual olunur: ABŞ və Avropa hansı addımları atmalıdırlar?
Müəllif Konqresin ermənipərəst üzvlərinin yanlış mövqeyini tənqid edərək yazır: “Görünür, Vaşinqtonda bəziləri kiminsə tərəfini tutmağa tələsirlər. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi özünü qlobal böhrandan xılaskar kimi qələmə verərək bazar günü Ermənistana səfər edib, orada Azərbaycanı “qanunsuz və ölümcül hücumlara” görə qınayıb. Nümayəndələr Palatasının üzvü Adam Şiff isə məcburi qüvvəyə malik olmayan və Azərbaycanı pisləyən qətnamə təqdim edib”.
Ekspert vurğulayır: “Yəqin ki, bu təşəbbüslər vuruşan tərəflərdən kimin haqlı, kimin haqsız olması barədə əsaslı nəticələr çıxarmaq üçün kifayət deyil və daha çox ABŞ-dakı erməni diasporunun fəal və təcavüzkar lobbi səyləri ilə bağlıdır”.
Müəllif daha sonra yazır ki, bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub və aşkar edib ki, onilliklər boyu davam etmiş işğal dövründə ermənilərin həmin ərazilərə səpdiyi yalnız piyadalar əleyhinə milyonlarla mina olub. Karafano qeyd edir ki, ermənilər bu regionun çox hissəsini dağılmış vəziyyətdə qoyub gedib, Azərbaycan rəhbərliyi isə regionu bərpa edəcəyini öhdəyə götürüb. Məqalədə deyilir: “Azərbaycan tərəfi həmin ərazilərin minalardan təmizlənməsi, yollar və aeroportlar tikintisi, yüz minlərlə insanın öz doğma vətəninə qayıtmasından ötrü şərait yaradılması üçün xeyli sərmayə qoyub”.
Ekspert Ermənistanın asılılığı mövzusuna toxunaraq yazır ki, bu ölkə başqa bir dövlətin forpostudur. Müstəqil dövlət olan Azərbaycan isə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa təbii qaz tədarükünü artırmaqla Avropanın qarşıdan gələn sərt qışdan salamat çıxmasına kömək edəcək.
Qərbin nöqteyi-nəzərincə, Azərbaycanın regionda uzunmüddətli sabitlik üçün böyük əhəmiyyət kəsb etməsini vurğulayan ekspert sual edir: “Bəs bu sabitliyi pozan müharibəni necə başa çatdırmaq yaxşı olar?”. Müəllif başqa ölkələrin, o cümlədən ABŞ-ın vasitəçilik səyləri barədə söhbət açaraq qeyd edir ki, “Minsk prosesi öz ömrünü başa vurub” və ABŞ bu prosesi bərpa etmək cəhdlərindən əl çəkməlidir. Karafanonun fikrincə, Birləşmiş Ştatların siyasi liderləri bu münaqişəyə müdaxilə etməyin nə dərəcədə məqsədəuyğun olması barədə hərtərəfli düşünməlidirlər.
Müəllif sonda yazır: “ABŞ kənarda qalmalı, hər iki tərəfi münaqişəni danışıqlar yolu ilə nizamlamağa çağırmalıdır. Bu, atəşkəsi və regionda hər bir dövlətin ərazi bütövlüyünə hörmət bəslənməsini təmin edər. Digər tərəfdən, ABŞ Cənubi Qafqazda, xüsusən Gürcüstan və Azərbaycan ilə qarşılıqlı əlaqələrini fəallaşdırmalıdır. Vaşinqton təhlükəsizlik sahəsində hər iki tərəflə əməkdaşlığı genişləndirməyə çalışmalı, regionun minalardan təmizlənməsi səylərini dəstəkləməkdə davam etməlidir”.

Xudaferin.eu
16:48
Digər xəbərlər