18 OKTYABR – AZƏRBAYCANDA MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜDÜR !!!

Azərbaycan xalqı tarixin sınaqlarından şərəflə çıxmış, öz azadlığı və müstəqilliyi uğrunda yüz illərlə mübarizə aparmış bir xalqdır.
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşdü. Qısa, lakin parlaq fəaliyyət dövründə bu dövlət xalqımızın dövlətçilik iradəsini, azad yaşamaq əzmini və milli özünüdərkini bütün dünyaya nümayiş etdirdi.
Təsüf ki, rus- bolşevik inqilabı nəticəsində 28 may 1920-ci il tarixindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tabeçiliyində -- Moskvanın iradəsi altında yaşamağa məcbur oldu.
Tarix xalqımıza ikinci dəfə müstəqillik imkanı 1991-ci ildə, SSRİ-nin dağılması ərəfəsində bəxş etdi.
18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan öz suverenliyini bərpa etdi. Həmin gün müasir tariximizin ən şanlı səhifələrindən birinə çevrildi. Bu sənəd təkcə dövlətçilik hüququnun bərpası deyil ; həm də Azərbaycan xalqının azadlıq idealının rəsmi təsdiqi idi.
Lakin müstəqilliyin qazanılması onu qorumaq qədər asan olmadı. 1990-cı illərin əvvəllərindəki siyasi böhran, separatçılıq meylləri və xarici təzyiqlər ölkəni parçalanma həddinə gətirmişdi.
Bu çətin dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi dağılmaqdan xilas oldu, müstəqilliyin möhkəm təməli qoyuldu.
Bu gün isə, Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və cəsarətli siyasəti nəticəsində Azərbaycan müstəqilliyinin zirvəsini yaşayır.
Dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrəti regionun taleyinə yön verən əsas amilə çevrilib.
Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, beynəlxalq arenadakı nüfuzu və 2020-ci il Vətən müharibəsində əldə etdiyi Zəfər -- ölkəmizin suverenliyinin əsl rəmzinə çevrilib.
Artıq müstəqil Azərbaycan təkcə regional oyunçu deyil ; qlobal miqyasda tanınan və hörmət edilən aktordur. Enerji siyasəti, nəqliyyat layihələri, humanitar təşəbbüsləri və sülh gündəliyi ilə ölkəmiz beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib.
Bu gün Azərbaycan Müstəqilliyinin 34-cü ildönümünü qürurla qeyd edir.
Müstəqil Azərbaycan – güclü dövlət, qüdrətli ordu, inkişaf edən iqtisadiyyat və öz xalqının rifahını təmin edən sabit cəmiyyət deməkdir.
Artıq Azərbaycanın müstəqilliyi dönməzdir.
Bu müstəqilliyi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək isə hər bir azərbaycanlının müqəddəs borcudur.
Yaşasın müstəqil Azərbaycan !
18 Oktyabr – Müstəqilliyimizin Bərpası Günü mübarək !

Qəvami Sadıqbəyli.
Xudaferin.eu
20:19