1300 işçi məcburi məzuniyyətə göndərilir

Xəzər Dəniz Gəmiçiliyi idarəsinin  “Bibiheybət” Gəmi Təmiri Zavodunun  işçiləri məcburi məzuniyyətə göndərilir. Bu barədə idarənin adının çəkilməsini istəməyən işçisi azadliq.info-ya məlumat verib. “Gəmi Təmir Zavodunun 1300-ə yaxın işçisini növbə ilə öz hesablarına məzuniyyətə göndərillir. Bunu iş olmaması ilə əlaqələndirirlər. Amma idarənin gəmiləri digər firmalara icarəyə verilir. Halbuki, idarənin öz işçiləri həmin işləri görə bilər”,- məlumatda bildirilir.

Redaksiyamıza müraciət edən şəxs Gəmi Təmiri Zavodunda gəmilərin doğranaraq “metalloma” verildiyini də bildirib. Onu da qeyd edək ki, özəl sektorda da bir sıra irili-xırdalı müəsssisələr də kütləvi şəkildə ixtsarlar gedir. Beləliklə də dalğavarı və üzən maliyyə böhranı nəticəsində əksər biznes şəbəkələri faktiki olaraq defolt durumuna düşüblər. Əksər mütəxəssislər bunu da bildirirlər ki, ölkənin üzləşdiyi iqtisadi və maliyyə böhranının əsil səbəbləri 2005-ci ildən başlanılan neft bumu zamanı əldə edilən milyardlarla gəlirlərin düzgün istiqamətləndirilməməsi, bank sektorunun iqtisadiyyatın istehsal vasitələrinə yönəldilməməsi, aqrar sektorun sürətli inkişafına marağın olmaması və digər amillərlə bağlıdır. Buna görə də, maliyyə və iqtisadi sektorda bu gün yaşanılan ağır şərtlər nəticəsində əhalinin böyük əksəriyyətinin işsiz qalması ilə nəticələnib.

 azadliq.info

14:08