12 yaşlı Xoşqədəm tamaşaçıları heyran edib

 

Gəncə SOS Uşaq Kəndinin yetirməsi 12 yaşlı Xoşqədəm Mehdiyeva Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq uşaq vokalçılar müsabiqəsində Azərbaycanı təmsil edir. O, ifa etdiyi “Buludlar” mahnısı ilə həm münsifləri, həm də tamaşaçıları valeh edib.

 

Balaca ifaçını dəstəkləmək üçün Emin Ağalarov da səhnəyə gəlib. Qeyd edək ki, fevralın 11-dən start götürən “Sən supersən!” layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan valideyn himayəsindən məhrum olmuş 92 istedadlı uşaq iştirak edir. Musiqili şounun finalçıları uşaq “Yeni dalğa”sında (“Novoya volna”) iştirak edəcək və avtomatik olaraq uşaq “Avroviziya” yarışmasının seçim mərhələsinin finalına qatılacaqlar. NTV telekanalı isə müsabiqənin sonunda iştirakçıların əksəriyyətinin iştirakı ilə “ŞKİD Respublikası” müziklini səhnələşdirəcək və efirdə göstərəcək.

Hicran Məmmədova

Gəncə

08:49