100 yaşlı Azərbaycan polisinə yubiley töhfəsi—VİDEO

Azərbaycan polisinin 100 illik yubileyi və polis günü münasibətilə təntənəli mərasim keçirilir.

Xudaferin.eu-nun xəbərinə görə, Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb.

Sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşı, polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır.

Aranjemanı BŞBPİ-nin əməkdaşı, polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.

Qeyd edək ki, bu gün Azərbaycan polisinin 100 illik yubileyidir.

Xudaferin.eu


 

15:56