100 ilin ən uzunmüddətli Ay tutulması baş verəcək

İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və “bədrlənmiş Mars” adlandırılan ecazkar təbiət hadisəsini müşahidə etmək mükün olacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat verib.

Məlumatda bildirilib ki, 15 il ərzində ilk dəfə olaraq Yer kürəsinə maksimal məsafədə (55,7 milyon kilometr) yaxınlaşacaq Mars planetinin üzərində astronomik müşahidələr aparmaq üçün əlverişli şərait yaranacaq.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabr ayının 15-nə təsadüf etməsi gözlənilir. Bu il isə bu yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşür. 

1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.

Xudaferin.eu

18:07