10 ailənin bayramı qara gəldi: Estakadaya ayrılan pul hara gedib?
Dekabrın 15-də "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 5 nəfəri Qaradağ rayonunun Ələt qəsəbəsindədir. Politika.Az xəbər verir ki, bu barədə Qaradağ rayonu icra hakimiyyətinin Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimov məlumat verib. Onun dediyinə görə, həmin şəxslər Azay və Güloğlan Zülfüqarov qardaşları, habelə İlham Qafarov, Samir Əsədov və Cavid Bəhrəmovdur. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
Politika.Az bildirir ki, sovet quruluşu 25 ildir dağılıb, neft şirkəti onun texnologiyalarını hələ də istifadə edir. Hər dəfə təhlükəli vəziyyət baş verdikdə müxtəlif bəhanələrlə səbəbləri pərdələməyə çalışırlar: Gah hava şəraiti, gah onlardan asılı olmayan səbəblərdən, ani reallaşan qəzalardan baş verdiyini deyirlər. Neft sənayesi hazırda ən təhlükəli sahələrdən biri olduğundan burada texnoloji yeniliklər tətbiq edilməli, standartlar dəyişdirilməli, təhlükəsizlik qaydaları ən yüksək səviyyədə təmin edilməlidir. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) əmək təhlükəsizliyinin idarə olunmasına olan münasibət dəyişmədikcə, hasilatın yüksək olmasından da söhbət gedə bilməz. Bu tənqidləri sosial şəbəkə istifadəçiləri, ekspertlər, neft mütəxəssisləri səsləndiriblər. Mediada sərt tənqidlər səslənib.
SOCAR qəzalı və sovet dövründən qalmış bütün platforma və estakadaların təmir edilməsi barədə ölkə rəhbərliyindən konkret tapşırıq alıb. Bu tapşırıqdan bir neçə ay sonra – bu ilin yayında isə SOCAR prezidenti ölkə rəhbərliyinə müsbət yönlü hesabat verib və qəzalı platformaların təmir edildiyi, artıq belə ağır faciələrin yaşanmayacağı və küləkli havalarda dənizdə işləyən neftçilərin həyatlarının qorunması üçün hər cür önləmin alındığı barədə məruzə ilə çıxış edib. Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb.

Politika.Az
15:50
Digər xəbərlər