Zəngin sərvətləri olan Güney Azərbaycanda toplum işsizlikdən vətənini tərk edir

 

İran mollakratiya rejiminin Güney Azərbaycanla bağlı 38 ildir apardığı dərin siyasətin sonucu olaraq, işsizlik kimi dərin böhran farslara, kürdlərə, giləklərə, lorlara, ərəblərə, bəluclara məxsus bölgələrdən fərqli olaraq daha ağır şərtlərlə üz-üzə qalıbdır. Beləliklə  
Güney Azərbaycanda xalqın yaşam səviyəsinin aşağı olması, işsizlik, süni şəkildə daim idarə olunan bahalıq və inflyasiya əhalinin ana problemi olaraq milli problemləri yanında gözə çarpanlardandır.

İran mollakratiya rejiminin irqçi və sömürgəçi siyasətinin sayəsində Güney Azərbaycana məxsus zəngin təbii sərvətləri total səviyyədə talan olunur. Bununla da dəhşət saçan kütləvi işsizlik problemlərinin sonucu olaraq, əhali yoxsulluq içində yaşamaq zorunda qalıb. Güney Azərbaycandakı yerli mütəxəssislərin araşdırmalarına görə, bunun əsas səbəbi Tehran mollakratiya rejimi regionda yatırıpmların qoyulması, dış şirkətlərin bölgəyə cəlb edilməsini əngəlləyən, bu yöndə bürokratik bir düzənlə hər dəfə yeni basqılar sərgiləyən bir düzəni ölüşdürüb. Beləliklə də Güney Azərbaycan Türkləri son 40 ildə qarşılaşdığı kütləvi şəkildə işsizlik cproblemlərinin ucbatından İran adlanan yerin farslara, digər Türk olmayan bölgələrə köçmək məcburiyyətində qalıblar . Bu da öz növbəsində zaman-zaman fars işğalçı dövlətin bu məsələyə bilərək laqeyd yanaşması vaxtaşırı Türklərin etirazına səbəb olur. Güney Azərbaycanın Ərdəbil bölgəsinin “Yatırım İşləri” bölüm idarəsinin başqanı Həmid Haşimzadə yaranmış problem və gərginliklə bağlı “Bölgədə ciddi yatırımların olmaması və Güney Azərbaycan bölgələrinin ən köklü problemlərindən biri də işsizlik böhranıdır” deyə bütün bu gerçəklikləri etiraf edib.
Güney Azərbaycanın digər vilayətləri kimi, Batı Azərbaycanda da kütləvi işsizlik və yoxsulluq milləti ağır duruma salıb. İran mollakratiya rejiminin öz açıqlamalarına görə digər ölkələrdən fərqli olaraq, İranda bir saat işləyən və ya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər arasında sayılmır. Batı bölgəsinin “İctimai Rifah, İş və Korporasiya İdarəsi”nin rəisi Rza Tağızadə etiraf eidib ki: “Batı Azərbaycanda  Güney Azərbaycanın digər əyalətləri kimi işsizlik səviyyəsi olduqca yüksək olmaqla yanaşı, bu gün rəsmi statistikaya görə 115000 nəfər vətəndaş işsizdir. Onlardan 37000 nəfəri ali təhsillidir və belə bir durum hər ötən gün daha da artırılmaqdadır”.
Qeyd edək ki, mollakratiya rejiminin rəsmilərinin etiraf etdiyi bu rəqəm ən azından 30 dəfə azaldılıbdır. Bu barədə Güney Azərbaycan Milli Hərəkatının fəalları isə onlardan fərqli olaraq, daha dəhşətli və türk ürpədici faktları sadalayırlar. 

Mollakratiya rejiminin Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərindən seçdiyi millət vəkili Salman Xudadadı etiraf etmidir ki: “Dövlətin məşğulluq səviyyəsi ilə bağlı elan olunan rəsmi rəqəmlər reallıqla təzad təşkil edir və həqiqəti əks etdirmir”.

Güney Azərbaycanın Ərdəbil bölgəsində rəsmi rəqəmlərə görə, burada 70 min nəfər işsiz var. Rejim hər zaman olduğu kimi bu bölgə ilə baölı rəqəmləri olduğundan daha az göstərməyə çalışır. Gerçəklikdə isə bölgədəki işsizlik problemləri ilə ilgili stastik rəqmlər üzücüdür. Halbuki, mollakratiya rejiminin rəsmiləri 2016 ilin sonunda etiraf etmişdilər ki, təkcə Ərdəbil şəhərində hər bir ailədə ən azı bir nəfər işsizdir.

Mollakratiya rejiminin parlamentində Güney Azərbaycanın Mərənd və Culfa əhalisini  təmsil edən millət vəkili Məhəmməd Həsənnəjad “Bəsic” agentliyinə açıqlamasında  bunları bildirib:  “Güney Azərbaycanda işsızlikdən artıq digər (fars-ərəb bölgələri) əyalətlərə mühacir göndərən əyalətlərə çevrilmişik. Bununla da Güney Azərbaycanda əhalinin sayısı azalmaqdadır və bunun da başlıca səbəbi kütləvi işsizlik siyasətinin hakim olmasıdır. Vətənindən köçmək zorunda qalmaq soyqırımdır”.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:57