Zəngan məhkəməsi milli fəalı rejimə qarşı təbliğatda günahlandırıb

 

Güney Azərbaycanının Zəngan şəhərində fəaliyyət göstərən Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan eyni zamanda qadın haqları müdafiəçisi Səfiyə Qarabaği “rejimə qarşı təbliğat aparmaq”, “ictimai rəyi çaşdırmaq” və “yalan məlumat yaymaq” ittihamları ilə günahlandırılıbdır.

Milli fəal məhkəmə dosyesi ilə bağlı son məlumatı öz Instagram səhifəsində belə açıqlayıb.

Səfiyə Qarabaği keçən iyul ayının 17-də İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və ölkənin ən qəddar siyasətini aparan “Ettelaat” məxsus  həbsxanasında sorğu-suala çəkildikdən sonra ertəsi gün sərbəst buraxılıb.

Səfiyə Qarabaği bir qrup qadın fəalla "türk dilində mədrəsə", "gender bərabərliyi" və "siyasi məhbuslara azadlıq tələb edib. Səfiyə Qarabaği bir qrup qadın fəalla "türk dilində mədrəsə", "gender bərabərliyi" və "siyasi məhbuslara azadlıq tələb edib. 80 milyon tümənlik (təxminən 25 min dollar) zəmanət qarşılığında müvəqqəti azadlıqda olan fəalın məhkəmə prosesi yenidən davam edəcək.

Qeyd edək ki, Səfiyə Qarabaği qadın hüquqları, qadına qarşı zorakılıq, İran mollakratiya rejiminin irəli sürdüyü qanunlarında gender bərabərsizliyinə zəmin yaradan məqamlar, erkən yaşda evləndirilən qız uşaqları, habelə türk dil hüquqlarına dair yazılar yayımlayıb və toplumda maarifləndirmə fəaliyyətləri göstərməkdədir.

Xudaferin.eu
Güney Azərbaycan, “Zəngan Bürosu”

 

09:44