Zimbabvedə təhsil haqlarını diri heyvanlarla ödəyəcəklər

 

Zimbabvedə kasıb ailələr övladlarının təhsil haqlarını diri heyvanlarla ödəyəcəklər. Bu qərarı Zimbabvenin təhsil naziri verib.

Təhsil naziri bildirib ki, diri heyvanları verməklə də təhsil haqlarını ödəmək mümkün olacaq. Lakin bu qərar yalnız müəyyən bölgələrdəki ailələrə şamil edilib. Nağd ödənişin çətinləşməsi, əhalinin banklar qarşısında uzun müddət gözləməsi və kredit borclarının çoxalması belə qərarın verilməsinə səbəb olub.
Qeyd edək ki, Zimbabvedə artıq bank sektoruna əhalinin heç bir inamı və etibarı qalmayıb. Bunun əsas səbəblərindən biri də odur ki, son illərdə bu ölkədə bankların yarılması və milyonlarla dollar vəsaitin oğurlanaraq meşələrə, gizli yollarla qonşu ölkələrə daşınması ən adi hallardan birinə çevrilib. Bununla yanaşı, ölkədə polisin və təhlükəsizlik orqanlarının əməkdaşlarının da cinayətkar mafiyalarla əlbir olması da belə bir durumun yaranmasına səbəb olmuşdur. Ona görə də, orta və kasıb təbəqələrə məxsus ailələr həmin cinayət olaylarına görə ən çox zərər görən zümrələr hesab olunurlar.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

22:14