Yüzlərlə şəhərdə alimlər elmi müdafiə etmək üçün yürüşə çıxıblar

 

Elmi faktlara siyasi hücumlara etiraz əlaməti olaraq, dünyanın yüzlərlə şəhərində alimlər küçələrə çıxıblar.

Yer Gününə təsadüf edən yürüşlər diqqəti ətraf mühitin problemlərinə yönəltmək məqsədi daşıyır. Əsas tədbir bir qədər sonra Vaşinqtonda keçiriləcək. Təşkilatçılar bildirirlər ki, yürüş ABŞ Prezidenti Donald Trampa qarşı deyil, onun ətraf mühitə bilavasitə təsir göstərən fəaliyyətinə yönəlib. BBC xatırladır ki, Donald Tramp bir müddət əvvəl iqlim dəyişikliyi problemini uydurma adlandırmışdı və onun bu baxışları elmi ictimaiyyətdə ciddi narahatlıq doğurub.
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə iqtisadi, elmi və mədəni tərəqqi ilə yanaşı, həm də təbiətin qorunması strategiyasına özəlliklə önəm verirlər. Əsas məqsəd bu ölkələrin həm ekoloji, həm də təbii resurslarının qorunmasına dövlət səviyyəsində xüsusi qayğı vardır. Ekologiya üzrə dünyanın əksər mütəxəssisləri də etiraf edirlər ki, hansı ölkədə ekoloji problemlər yaşanılırsa, orada bir yandan təbiət və iqlim dəyişiklikləri baş verir, o biri yandan isə cəmiyyət üçün böyük təhlüklər yaranır.

Xudaferin.eu
“Avropa Bürosu”

 

20:28