Yusif Eyvazov Veronada opera festivalında iştirak edəcək

 

 

İyul ayının 23-dən avqustun 26-dək İtaliyanın Verona şəhərində opera festivalına (Arena di Verona Opera Festival) başlanılacaqdır. Azərbaycanın əməkdar artisti Yusif Eyvazov da  bu festivalda iştirak edəcək.

Yusif Eyvazov (tenor) iyulun 9-da və 11-də Cüzeppe Verdinin “Aida” operasında Radamesin partiyasını ifa edəcək. O, bu obrazı avqustun 22-də və 25-də isə Zalsburq festivalında canlandıracaq. Zalsburq festivalında “Aida” operasında baş qəhrəmanı Rusiyanın xalq artisti, beynəlxalq mükafatlar laureatı Anna Netrebko ifa edəcək.

Qeyd edək ki, soydaşımız Yusif Eyvazov Moskvadakı Böyük Operanın aparıcı tenor solistlərindən biridir. O, dünyanın bir sıra mədəniyyət paytaxtlarında opera sənətçisi kimi bir sıra uğurlara imza atmışdır.

Xudaferin.eu
“Avropa Bürosu”

 

 

10:15