Yunus Şamili: Tehran rejimi Türklərin milli-demokratik hərəkatına alternativ yaratmağa çalışır

 

Yunus Şamilinin dediklərinə görə, İslam mollakratiya rejimi Güney Azərbaycanda bir yandan Türk milli fəallara qarşı ağır basqılar tətbiq edir. Digər yandan isə, türk xalqının milli-demokratik hərəkatına alternativ bir cərəyan yaratmağa çalışır. Amerikanın Səsinə danışan yazar və siyasi fəalın fikrincə, son vaxtlar türk fəallara qarşı çıxarılan ağır həbs hökmləri əslində siyasi mərkəzlər tərəfindən verilmiş qərarlardır.

Ötən aylarda türk dilində təhsil haqqı kimi məsələlərin millət vəkilləri və yerli siyasətçilər tərəfindən daha artıq səsləndirildiyinə baxmayaraq, türk dil haqları müdafiəçilərinə qarşı basqıların da önəmli dərəcədə artdığı görünməkdədir. Yunus Şamilinin sözlərinə görə, “basqıların belə şiddətlə artmasını diqqətlə izləmək lazimdir... Hakimiyyət bir tərəfdən qorxu atmosferi yaratmaq istəyir. Bir tərəfdən də tanınmış fəalları toplayıb uzun həbs hökmləri verməklə onları ortadan çıxarmağa çalışır... Ana dili ilə bağlı çalışanlara, insan haqları çərçivəsində hüquqi və mədəni çalışmalar içində olanlara 10 il, 15 il həbs cəzası verir. Bu göstərir ki, bu cəzalar siyasi mərkəzlərin qərarıdır.”

Basqıların belə şiddətlə artmasını diqqətlə izləmək lazimdir... Hakimiyyət bir tərəfdən qorxu atmosferi yaratmaq istəyir. Bir tərəfdən də tanınmış fəalları toplayıb uzun həbs hökmləri verməklə onları ortadan çıxarmağa çalışır. İ
sveçdə yaşayan yazarın fikrincə, basqıların ağırlaşmasının səbəblərindən biri də İranda insan haqları pozuntularına dair xəbərlərə lazimi qədər dünya mediasında yer verilməməsidir: “Demək olar ki, Azərbaycan və digər türk bölgələrində milli-demokratik hərəkatın genişlənməsi basqıların çoxalmasına yol veribdir. Bir tərəfdən də, bölgədə ciddi olaylar var və buna görə, İranda insan haqları xəbərləri dünyada kifayət qədər açıqlanmır. Cəzaların bu qədər ağır olmasının bir səbəbi bu ola bilər.”

Yunus Şamili Türk Bölgələri Fraksiyasının yaradılmasına diqqət çəkərək deyir ki, “təbii ki, biz türk məsələsinin dövlət səviyyəsində qaldırılması və məclisdə danışılmasına müxalif olmamalıyıq. Amma bu ağır basqıları da nəzərə alanda görünür ki, hakimiyyət hərəkatı bir şəkildə kontrol altına almaq və ona alternativlər yaratmaq istəyir.”

Amerikaninsesi.org

09:31