Yunanıstanda xalq ayağa qalxdı

 

Hökumətin yalnış iqtisadi siyasətinə qarşı onminlərlə insane etiraz aksiyası keçirildi

Yunanıstanın paytaxtı Afinada toplanan təxminən 10 min nümayişçi hökumətin iqtisadi siyasətinə və "kəmər sıxma" tədbirlərinə etiraz etdi. Yüzminlərlə fəhlə, kiçik sahibkar və tələbələrdən ibarət qrup parlamentin yerləşdiyi Sintagma Meydanına toplaşdı.

Etiraz hərəkatına başlayan nümayişçilər "Qorxu yox, boyun əymək yox" şüarını səsləndirdilər.

Təxminən iki saat davam edən etiraz aksiyası ilə bağlı təhlükəsizlik tədbirləri görüldü.

Şəhər mərkəzindəki yollar nəqliyyata bağlandı. Aksiya Avro qrupu toplantısından sonra keçirildi. Üçüncü "xilasetmə paketi" çərçivəsindəki islahatlar prosesi tərəflərin razılığa gəlməməsi səbəbindən bitmək bilmir.

Beynəlxalq kreditorlar "xilasetmə paketi" qarşılığında təqaüdlərdəki kəsintiləri, vergi artımlarını və sərt maliyyə hədəflərini ehtiva edən islahatların keçirilməsini tələb edirlər.

Müzakirələrdəki mübahisəli mövzulardan birini də kütləvi iş müqavilələrindəki dəyişiklikləri və işdən çıxarmanın asanlaşdırılmasını nəzərdə tutan məşğulluq bazarındakı islahatlar təşkil edir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:02