Yunanıstanda məmurlar küçəyə axışıb

 

Başkənd Afinadanümayişlərdə polislər, təhlükəsizlik işçiləri və xilasetmə işçiləri, iş şərtlərinin təkmilləşdirilməsini tələb edib.
 

Hökumətin iqtisadi qənaət siyasətindən, büdcə kəsri və geyri adi iş şərtlərindən etiraz edən aksiyaçılar, “Sizi qoruyanları qoruyun”, “hüququ qoruyun, hayatlarınızı qoruyun” deyə şuarlar səsləndiriblər. İllərdir maliyyə böhranla üzləşən Yunanıstanda, minlərlə dövlət işçisi işdən kənarlaşdırılıb. İşlərinə davam edən məmurların gəlirləri isə, iqtisadi qənaət siyasətinin izlənməsi səbəbindən azaldılıb.
Qeyd edək ki, son 20 ildə Yunanıstanda iqtidara gəlmiş hakimiyyətlərin xalqa verdikləri vədlərin hamısı boş çıxmışdır. Belə ki, hakimiyyət uğrunda mübarizə aparan partiyalar əhalinin emosiyalarından yararlanaraq böyük vədlər verməklə iqtidara gəlmişlər. Ancaq, sonucda verdikləri sözə əməl etməmişlər. Bununla yanaşı, Yunanıstan Avropa Birliyinə üzv olmaqla daha çox bu birlikdən dotasiya almaq hədəfləri siyasətini yürütmüşlər. Ona görə də bu ölkədə iqtisadi və sosial mənada böhranlar illərdir davam etməkdədir. Həm də bu prosesdən çıxış yollarının əldə edilməsi üçün gərəkən addımlar da atılmır. Bu gün Yunanıstan süni şəkildə Türkiyəyə qarşı həmlə siyasətini yürüdərək Güney Kıbrıs şorunu adı altında “Böyük Yunanıstan” ideyasını irəli sürür. Guya bu proses inkişaf edərsə, ölkənin də bütün sorunları çözüləcəkdir.

Xudaferin.eu
“Avropa Bürosu”

09:45