Yunanıstanda 3 günlük matəm elan olundu

Yunanıstanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub, 1 hərbçi isə yaralanıb.

Xudaferin.eu-nun məlumatına görə, qəza helikopter təlim uçuşu həyata keçirərkən baş verib. Qəzanın səbəbəri isə hələ məlum deyil, araşdırma aparılır.

Yaralı qadın hərbçinin həyatı üçün təhlükə olmadığı barədə məlumat verilib.

Qəza ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.

Xudaferin.eu

17:39