Yunan katerləri Türkiyənin sahil sularını pozdu, gərginlik yaşandı

Yunanıstanın iki qayığı Türkiyəyə məxsus Kardak adası sahillərinə yaxınlaşaraq 45 dəqiqəlik gərginlik yaradıb. Bölgədəki Türkiyə hərbçiləri və sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən onlar ərazidən çıxarılaraq öz sularına qaytarılıblar. Məlumata görə, bölgədə Türkiyə hərbçisi xidmətini davam etdirir.

Qeyd edək ki, 1995-ci dekabrın 25-də Yunanıstan hərbçiləri Kardak adasına daxil olaraq bayraqlarını sancıblar. Həmin dövrdə Türkiyənin Baş naziri Tansu Çillər “O bayraq oradan enəcək, o əsgər oradan gedəcək” deyərək, Türkiyə Silahlı Qüvvələrinin savaşa hazır olduğunu bildirib və 1996-cı il yanvarın 30-da adadan hərbçilərin çıxarılmasını tələb edib. Bundan sonra Yunanıstan hərbçiləri adanı tərk edib və bayraqlarını özləri ilə aparıblar.

Xudaferin.eu

11:44