“YouTube” proqramında videonu avtomatik işə salan funksiya tətbiq ediləcək

 

“Google” şirkəti “YouTube” proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir. Bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb. Bu haqda “Androidcentral” nəşri yazır.

İndi "Əsas" vərəqindəki video avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək. İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar, adətən, narahatçılıq yaradır, amma “YouTube”da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsi faktı həmin funksiyanı daha az zəhlətökən edir. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək olar.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:18