Yəməndə Əl-Qaidanın səhra komandirləri tutulub

 

Yəmənin terror əleyhinə hərbi birləşmələri “Ərəbistan yarımadasında Əl-Qaida” terror şəbəkəsinin səhra komandirlərinin saxlanması ilə bağlı əməliyyat keçirib.

Bu barədə Yəmən hökumətinə kömək edən Ərəbistan koalisiyasının qərargahından bildirilib. Xüsusi təyinatlılar və aviasiyanın iştirakı ilə keçirilən əməliyyat nəticəsində terror şəbəkəsinin bir neçə başçısı tutulub. Onların əksəriyyəti digər ölkələrdən olan silahlılardır. Məlumata əsasən, yaraqlılar Yəmənin cənubunda terror aktları həyata keçirməyi planlaşdırıblar. Hərbçilər silah, texnika və partladıcı maddələr aşkar ediblər.
Qeyd edək ki, Yəməndə on illərdir davam edən vətəndaş savaşının əsas səbəblərindən biri də bölgənin şiə və sünnü əhalisinin qarşıdurmaları sayəsində baş verir. Ona görə ki, hər iki tərəf regionda hakim olmaq iddiasından əl çəkmək fikrində deyil. Heç bir zaman da gərəkən barışıq mövqelərini sərgiləməmişlər. Bundan əlavə, regiondakı xristian əhali də buna görə əzab çəkirlər. Əlverişli coğrafi məkanda yerləşməsi həm də Yəmənin Orta Doğunun ən zəngin ölkəsi kimi inkişaf etməsi deməkdir. Radikal dini qruplaşmaların illər boyu davam edeən qarşıdurmaları Yəməni ən ağır sosial həyat düzəni olan ölkəyə çevirib.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

06:28