Yəməndə elan edilən 48 saatlıq atəşkəs sona çatdı

Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı beynəlxalq koalisiya  pozuntular səbəbindən, atəşkəsin uzadılmayacağını bildirdi. Koalisiya daha əvvəl atəşkəsin ölkədə hakimiyyəti əlində saxlayan Husilərin və devrilmiş prezident Əli Abdullah Saleh tərəfdarlarının atəşkəsə əməl etmələri və şəhərlərdəki mühasirələrin aradan qaldırılması halında uzadılacağını qeyd etmişdi. Lakin atəşkəs iki gün ərzində onlarla dəfə  pozuldu.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi John Kerry noyabrın 15-də Omanda aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələri ilə Husilər arasında Yəməndə atəşkəslə əlaqədar razılıq əldə olunduğunu açıqlamışdı. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Yəməndə mart ayından etibarən 7 mindən artıq insan ölüb, 37 mindən artıq insan isə yaralanıb.

Xudaferin.eu

14:43