Yəməndə 34 nəfər difteriyadan öldü - ÜST

Yəməndə 283 nəfər difteriya xəstəliyindən əziyyət çəkir.

Xudaferin.eu xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, onlardan 34-ü epidemiya səbəbi ilə ölüb.

İlkin məlumatlara görə, epidemiya ölkənin 15 şəhərinə yayılıb.

Xatırladaq ki, Yəməndə difteriya ilə yanaşı vəba epidemiyası da yayılıb. 1 milyon şübhəli vəba xəstəsi var, onlardan 2 min 219 nəfər isə dünyasını dəyişib.

Xudaferin.eu

18:33