Yerin orbitinin kritik yerdəyişməsi sübuta yetirildi

Yupiter və Veneranın qravitasiya təsiri səbəbindən hər 405 min ildə Yerin orbiti uzanır. Bu isə iqlim dəyişikliyinə, həyatın inkişafına və kütləvi məhvlərə gətirib-çıxarır. 

Xudaferin.eu “EurekAlert” nəşrinə istinadla xəbər verir ki, Ratqersk Universitetindən Denis Kentin rəhbərlik etdiyi alimlər qrupu bu nəticəyə gəlib. 

Bununla yanaşı, nəzəri modelləşdirmə nəticələri son 50 milyon il ərzində etibarlıdır. 

Araşdırmaçılar Nyu Cersi ştatındakı Nyuark körfəzini və Arizona ştatında “Chinle Formation”da çöküntü süxurlarını təhlil edərkən Yer kürəsinin maqnit sahəsindəki dəyişikliklərlə bağlı daha geniş informasiyalar əldə ediblər. 

Onlar 202-253 milyon illik tarixə malik olan kernlər aşkar ediblər. Kernlərin daxilində planetin maqnit sahəsinin vəziyyətini qiymətləndirməyə imkan verən kristallar var. 

Əldə olunmuş nəticələr Yer kürəsinidə bir çox canlıların məhvi ilə nəticələnən hadisələrin dəqiq tarixini müəyyən etməyə imkan verəcək.

Xudaferin.eu

17:33