Yeni prezidentin köhnə ölkəsi: Pul “ölür”, benzin çatışmır, işıqlar kəsilir, qaz yoxdur

Özbəkistanda nə dəyişir?

Özbəkistan son 25 ildə ikinci dəfə prezident seçib. 4 dekabrda keçirilən prezident seçkilərində o zamana qədər ölkəyə baş nazirlik edən Şövkət Mirzəyev səslərin böyük əksəriyyətini alaraq prezidet kürsüsünə oturub. Gözlənildiyi kimi seçki Mirziyoyev üçün o qədər də çətin olmayıb. Rahatlıqla qələbə qazanan Mirzəyevin Özbəkistanında bundan sonra nə olacağı, nələrin dəyişəcəyi maraqlıdır. İndi ekspertlər seçkidən keçən 1 aydan artıq müddətdə baş verənləri müzakirə edir. Şövkət Mirzəyev dekabrın 14-də keçirilən inaqurasiya mərasimində ölkənin yeni eraya qədəm qoyduğunu bildirib.

Mirzəyevin Özbəkistanında nə dəyişəcək?

Rəhbərlikdə dəyişikliyi bir çoxları Özbəkistan üçün yenilik kimi xarakterizə edərək qlobal miqyasda dəyişikliklərə böyük ümid bəsləyib. İlk nvbədə isə Şövkət Mirzəyevin nələri dəyişməli olduğuna diqqət çəkilib.  Bu suala cavab tapmaq üçün “Azadlıq” radiosunun yerli redaksiyası diskussiya təşkil edib. Müzakirə “Azad Avropa” radiosunun prezidenti Tom Kentin sədrliyi ilə keçirilib. Uzun müddət Associated Press-də jurnalist işləmiş Tom Kentin sədrliyi ilə keçən müzakirədə “Azadliq” radiosunun Özbəkistan redaksiyasının direktoru  Əlişir Sadiq, Mərkəzi Asiya üzrə ekspert və Registansaytının rəhbəri Hoy Toker, “Azadlıq” radiosunun əməkdaşı Bryus Pannier iştirak edib.

Pul “ölür”, benzin çatışmır, işıqlar kəsilir, qaz yoxdur

Əlişir Sadiq əvvəlcə Şövkət Mirzəyevin prezident seçilməsində ona yardım edən metodlardan danışıb. Xüsusilə də Konstitusiyanı görməzdən gələrək seçkilərə qədər ölkədə prezident slahiyyətini icra etdiyini vurğulayıb. Eyni zamanda bu vəzifəni icra etdiyi 3 ay müddətində ölkədə həyata keçirdiyi tədbirlər, verdiyi sərəncamlara diqqət çəkib. Xüsusilə biznesi ciddi təzyiqdən azad edərək sahibkarlığın dəstəklənməsinə yönəlik tədbirləri vurğulayıb: “Şövkət Mirzəyev virtual “qaynar xətt” açaraq ilk növbədə məsuliyyəti artırıb. İnsanlar öz problemlərindən danışa biliblər. Həm də birbaşa baş nazir Şövkət Mirzəyevin diqqətinə bu problemləri çatdıra bilirdilər. Özbəksitanın ən böyük problemi iqtisadi durumudur. Beynəlxalq maliyyə təşkilatları rəsmi məlumatlara əsasən proqnozlar verir. Bu rəqəmlər inkişaf etmiş Özbəkistandan xəbər verir. 2016-cı ilin rəqəmlərinə əsasən Beynəlxalq Valyuta Fondu ölkədə Ümumdaxili Məhsulun 6 faizlik artımından danışırdı. Asiya İnkişaf Bankı bi rəqəmin 6,9 faiz olduğunu deyirdi. Özbəkistan hakimiyyəti isə bu rəqəmin 7,8 fazi olduğunu iddia edirdi. Ancaq yerlərdəki durum bunun tam əksini göstərir. Özbəkistan benzin qıtlığı ilə üzləşib. Ölkənin neft ehtiyatının olmasına baxmayaraq bu qıtlıq özünü hiss etdirir. Neft emalı zavodları var, ancaq ölkədə həm də enerji təminatında problemlər özünü göstərir. Qış gələndən bəri onlarla kənd, hətta böyük şəhərlərdə də gözlənilmədən qaz təminatı dayandırılır. ABŞ dolları “qara bazar”da rəsmi məzənnədən az qala iki dəfə baha satılır. Dövlət statistikasına görə, ölkə əhalisinin sayı 32 milyona yaxınlaşır. Əmək qabiliyyətli insanların ən azı 2 milyona yaxını, bəlkə də rəsmi rəqəmlərdən 2 dəfədən artığı əmək miqrantıdır. Əsasən Rusiya və Qazaxıstanda işləyirlər”.

“Elita hər şeyi bölüşdürdü və artıq özü də durumdan narazıdır”

Hoy Tokerin fikrincə zamanında Daşkənddə beynəlxalq təşkilatların nümayəndəlikləri, mətbuat fəaliyyət göstərirdi: “Daşkənddə hər şey var idi, hər şey baş verirdi, 1990-2000-ci illərdə milli iqtisadiyyata beynəlxalq investisiya qoyulurdu. Ancaq bütün bunlar Kərimov rejimi ilə əlaqədar dayandırıldı”.
Hoy Tokerin sözlərinə görə, beynəlxalq investorlar ölkəni tərk etdilər. Xalq ölkənin idarəedilməsindən kənarlaşdırıldı. Özbəkistan yarıtəcrid həyatı yaşamağa başladı. Beynəlxaq investorlarn yerinə Şərqi Asiya ölkələrindən bəzilərini ticari tərəfdaş və investisiya mənbəyi kimi seçdilər. Toker belə hesab edir ki, Özbəkistanda 1990-2000-ci illərdə müşahidə olunan yaşayış şəraiti getdikcə pişləşdi və məhz bu, Şövkət Mirzəyevi Özbəkistanda İslam Kərimovdan qalan iqtisadi və ticarət siyasətini dəyişməyə vadar etdi: “İndi hakimiyyətdə olan elita mümkün olan hər şeyi bölüşdürüb. Bütün mümkün olan rəqibləri sıradan çıxarıblar.  Artıq onlara da belə şəraitdə, siyasi iqtisadiyyat şəraitində, qapalı şəraitdə yaşamaq maraqlı deyil. Özbək hakimiyyəti artıq 2017-ci ildə milli valyuta lə bağlı bəzi tədbirlər görüləcəyini bəyan edib. Milli valyutaya dəyər qazandırmaq üçün nəzərdə tutulan bu tədbirlərin heç də asan olmayacağı qətidir. Çünki “qara bazar”da valyutadəyişmə əməliyyatlarına nüfuzlu adamlar qoşulub”.

Kremlin Özbəkistandakı şansı

Müzakirə iştirakçıları Rusiyanın Özbəkistandakı şansını da dəyərləndiriblər. Moskva və Daşkənd arasındakı münasibətlər Kərimovun hakimiyyəti illərində zaman-zaman gərgin olub. Ancaq anlaşdıqları zaanlar da az olmayıb. Baş nazir Dmitri Medvedyev İslam Kərimovun dəfnində iştirak edib. Daha sonra prezident Vladimir Putin Səmərqəndə səfər edib. Çində keçirilən sammitdən qayıdarkən yolüstü Özbəkistana dönən Putin iki ölkə arasında gələcək əməkdaşlığa maraqlı olduqlarını nümayiş etdirib. Şövkət Mirzəyev də inaqurasiyadakı çıxışı zamanı səfər edəcəyi ilk xarici ölkənin Rusiya olacağını deyib.

Moskva istəyir ki...

Ekspert Əlişir Sadiq belə hesab edir ki, Şövkət Mirzəyevin hakimiyyətə gəlişi ilə “Lukoyl”, eləcə də “Qazprom” Özbəkistanda fəaliyyətini genişləndirmək niyyətini bəyan edib. Ekspertlər hesab edir ki, Mirziyoyevin Kərimovdan fərqli olaraq Rusiya ilə daha sıx əlaqələri var və Özbəkistan əhalisi Rusiyaya müsbət yanaşır. O ki qaldı Özbəksitanda hakimiyyət dəyişikliyi prosesində Rusiyanın iştirakına, Hoy Toker bunu inandırıcı hesab etmir: “Kreml sadəcə istəyir ki, Özbəkistan əhalisi Mirzəyevin prezident olmasında Rusiyanın rolu olduğuna inansın”.

25 illik sistemin öz “məhsulu”- prezident

Ekspertlərin diqqətində olan digər vacib məqamlardan biri də ölkədəki hakimiyyət dəyişikliyinin siyasətə təsiridir. Şövkət Mirzəyev uzun müddət cəza çəkən 2 siyasi məhbusu azad edib. Ancaq bu, onu deməyə əsas vermir ki, həbsxanalarda şübhəli ittihamlarla cəza çəkən minlərlə şəxsdən də çoxları azadlığa buraxılacaq. Artıq ölkədə 27 ölkə ilə vizasız rejimlə bağlı qərar verilib. Əlişir Sadiqin sözlərinə görə, hələlik Mirzəyev azad mətbuatla bağlı fikirlərini ifadə etməyib. Eyni zamanda xarici mətbuat təmsilçiliklərinin ölkəyə qayıdışı barədə mövqe bildirməyib.  Hələlik daxili siyasət də o qədər dəyişməyib. Yenə də ölkədə məcburi insan əməyindən pambıq yığımında istifadə edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları evlərə gedərək islam ekstremsitlərinin və ya onların həmikirlərinin axtarışını həyata keçirir: “İslam Kərimova indiki sistemi yaratmaq üçün düz 25 il lazım olub və Şövkət Mirzəyev də bu sistemin “məhsuludur”. Ona görə də sistemi dəyişmək o qədər də asan olmayacaq”.

Cebhe.info

13:46